Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Dayanıqlı Sahibkarlıq

20:00 / 17-01-2025

Baş həkimdən infeksiya aşkarlanan məktəblərlə bağlı AÇIQLAMA

Təhsil müəssisələrində dezinfeksiya prosesi adətən nəm üsulla aparılır.
Bu barədə Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov məlumat verib.
O bildirib ki, məktəbdə infeksion xəstəlik aşkar olunarsa, həmin ərazi ocaqlı dezinfeksiya olunur:
“Hazırda məktəblərdə dezinfeksiya işləri apardıqdan iki saat sonra nəm dəsmal ilə silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqlarını partaları pəncərəaltlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı məktəblərdə növbələrarası cari dezinfeksiya işləri də aparılmalıdır”.
“Dezinfeksiyaedici maddələrdən istifadə zamanı təhlükəsizlik qaydalarına diqqət etməliyik. Bunun üçün əvvəlcə bu işi görən işçilər xüsusi geyimlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidir. Digər insanların təhlükəsizliyi üçün müvafiq əməkdaşlar təlimatlandırılır”, - deyə Akif Məmmədov əlavə edib.


Tarix: 15-03-2021, 12:13 Oxunub: 186


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı