Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?

Baxış: 54
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?


Bir müddət əvvəl fermerlərdən birinin südün alış qiymətinin həddən artıq aşağı olmasına etiraz olaraq məhsulu küçəyə tökməsi bölgələrdə kənd təsərrüfatı məhsullarının topdansatış qiymətləri ilə bağlı problemi yenidən gündəmə gətirib.

Baku TV xəbər verir ki, iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, problemin əsas səbəblərindən biri Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının əksəriyyətinin kiçik və ailə təsərrüfatlarından ibarət olmasıdır.

"Əksər istehsalçılarımız ailə, mikro və kiçik təsərrüfatlardır. Onların dəyər zəncirinin bütün halqalarında iştirak etmək və öz məhsullarını son istehlakçıya çatdırmaq imkanları məhduddur", - deyə ekspert bildirib.



Ekspert hesab edir ki, kooperativlərin və iri aqrar təsərrüfatların kifayət qədər inkişaf etməməsi də fermerlərin bazardakı mövqeyini zəiflədir.

"Azərbaycanda, təəssüf ki, kooperativlər formalaşmayıb, aqrar korporasiyalar yoxdur. Halbuki bunlar resursları birləşdirərək məhsulu istehsaldan istehlakçıya çatdırmaqla dəyər zəncirinin müxtəlif mərhələlərində yaranan mənfəətdən faydalana bilərlər", - R.Həsənov qeyd edib.

Onun sözlərinə görə, bəzi hallarda azsaylı alıcıların bazardakı mövqeyi qiymətlərin fermerlərin əleyhinə formalaşmasına səbəb olur:

"Bəzi hallarda inhisarçı mövqedə olan şirkətlər, məsələn, emal müəssisələri alıcı kimi mövqelərindən istifadə edirlər. Belə olduqda qiymət diktəsi başlayır".

Ekspert bildirib ki, məhsulun tarladan və ya təsərrüfatdan istehlakçıya çatdırılmasına qədər olan mərhələlərdə nəqliyyat, logistika, vasitəçilərin mənfəəti, itkilər və pərakəndə ticarət xərcləri qiymətin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

"Bu vasitələr nə qədər çox olacaqsa, təbii ki, qiymətlərin daha yüksək olmasını şərtləndirir", - deyə R.Həsənov əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.