Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”

Baxış: 54
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”


“Tullantıların təmizlənməsi və idarə olunması məsələsi Bakı şəhərində müəyyən mənada həllini tapdığından, o qədər də aktual deyil, amma bu rayonlarda ciddi problemdir. Belə demək mümkündürsə, tullantı yerləri olan poliqonlar xəstəlik ocağına çevrilib”.
Bunu deputat Eyvaz Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sentyabrın 22-də keçirilən iclasında çıxşı zamanı deyib.
Onun sözlərinə görə, bölgələrdə zibili poliqon deyilən əraziyə tullayırlar və bu tullantılar məhv edilmir, uzun müddət orada qalır. 

“Ətrafı iy bürüyür, xüsusən də isti yay aylarında o ərazidən keçmək olmur. Sahibsiz itlər, nə bilim, digər heyvanlar, quşlar hamısı orada qidalanır. Ölkənin hər bir rayonunda bir virus ocağı var”, - E.Qurbanov vurğulayıb.

Deputat əlavə edib ki, bütün dünyada, o cümlədən inkişaf eləmiş ölkələrdə   tullantılar idarə olunsa da, ölkəmizdə bu məsələ problem olaraq qalır: 

“İndi Azərbaycanın iqtisadi gücü, çəkisi elədir ki, bizim ölkəmizdə bu sahəyə artıq yanaşma dəyişib. Xarici ölkələrdə olmuşuq, xüsusən də Fransa təcrübəsi ilə tanışıq. Orda tullantıların idarə olunması nəticəsində yeni iş yerləri yaradılır, həm də tullantı təkrar emal olunur. Yəni iqtisadiyyatın inkişafına müsbət təsir edir. Ondan enerji alınır. Bizim böyük iş adamlarımız, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işə elə yanaşmalıdır ki, təkcə o zibili aparıb yandırmaqla işlərini bitmiş saymasınlar. Zibili məqsədyönlü və faydalı yandırmaq lazımdır. Bu, ciddi məsələdir. Hesab edirəm ki, biz bununla bağlı bir dinləmə keçirməliyik və ən azı ictimaiyyəti, cəmiyyəti məlumatlandırmalıyıq. Həm hökumət, həm camaat bilməlidir ki, Milli Məclis bu kimi məsələlərə biganə deyil”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.