Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ofisdə oturmaq ürəyinizə zərər verir - sağlam qalmağın 4 sadə yolu

Baxış: 188
Ofisdə oturmaq ürəyinizə zərər verir - sağlam qalmağın 4 sadə yolu


"Oturaq iş zamanı fiziki aktivliyin azlığı ürək-damar sisteminə mənfi təsir göstərir".

Bu barədə kardioloq Natalya Qavriluk"KP.RU"ya müsahibəsində deyib.

O, ofis işçilərinə ürək sağlamlığını qorumağa kömək edəcək bir neçə məsləhət verib:

"Oturaq həyat tərzi zamanı xüsusilə vacib olan şey “qeyri-idman aktivliyi” adlanır. Buna, məsələn, pozanı dəyişmək, ayaqları tərpətmək, masadan itələnərək yüngül şəkildə əzələləri hərəkət etdirmək və ofisdə və ya evdə gəzişmək kimi sadə hərəkətlər daxildir. İş zamanı hər 30–60 dəqiqədən bir qalxmaq lazımdır”.

Mütəxəssis həmçinin ofis işçilərinə ayaqüstə işləməyi sınamağı tövsiyə edib. Onun sözlərinə görə, bunun üçün hündürlüyü tənzimlənən xüsusi masalar mövcuddur. Gündə cəmi yarım saat ayaqüstə işləmək qan dövranını yaxşılaşdırmağa və ürək sağlamlığını qorumağa kömək edə bilər:

"Bu sadə vərdişləri təmiz havada gəzintilər və yüngül gimnastika ilə birləşdirmək lazımdır. Onun sözlərinə görə, bu, orqanizmi aktivləşdirəcək və uzun müddətli oturaq işin mənfi təsirlərinin qarşısını alacaq".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.