Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qidalarda geniş istifadə olunan boya şəkərli diabet yaradır

Baxış: 217
Qidalarda geniş istifadə olunan boya şəkərli diabet yaradır


Tsyasin Nanhu Universitetinin çinli alimləri sübut ediblər ki, qida sənayesində məhsullara ağ rəng vermək üçün geniş istifadə olunan titan dioksid (E171) ciddi metabolik pozğunluqlara səbəb ola bilər.

Tədqiqatın nəticələri "Food and Chemical Toxicology" (FCT) elmi jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu əlavənin nanohissəcikləri qanda şəkərin səviyyəsini tənzimləyən bağırsaq hormonlarının işini pozur.

"E171"in məşhur qida məhsullarında - konfet və peçenyelərdən tutmuş saqqızlara qədər olması xüsusi narahatlıq doğurur. Araşdırmanın müəllifləri bildiriblər ki, titan dioksid nanohissəcikləri 2-ci tip diabet, piylənmə və insulin müqavimətinin inkişafına kömək edə bilər.

Testlər "E171" verilmiş siçanların qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə artırdığını və vacib həzm hormonlarının istehsalını pozduğunu müəyyən edib.

Mütəxəssislər istehlakçılara məhsulların tərkibini diqqətlə oxumağı və titan dioksidi (TiO2 və ya E171) siyahısında olanlardan, xüsusən də uşaq qidalarında və tez-tez istehlak edilən məhsullardan çəkinməyi tövsiyə edib. /"Report"

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.