Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hovuzdan yayılan xəstəliklər: Bu əlamətlər varsa...

Baxış: 175
Hovuzdan yayılan xəstəliklər: Bu əlamətlər varsa...


İsti yay günlərində sərinləmək üçün getdiyiniz hovuzlar sağlamlığınızı riskə ata bilər.

 “Haber7” xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi professor Dr. Hüsrev Diktaş danşıb. 
O bildirib ki, kifayət qədər xlorlama olmayan hovuzlar xüsusilə uşaqlar və həssas qruplar üçün ciddi risklər yaradır.

“Xüsusilə xlor səviyyəsinin aşağı və suyun durğun olduğu hovuzlar dəri səpgiləri, göz infeksiyaları, qulaq iltihabı və ishal kimi ciddi risklər daşıyır. Bundan əlavə, nəcislə keçən mikroblar da mədə-bağırsaq infeksiyalarına səbəb olur”.

Professor deyib ki, aşağıdakı şikayətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır:

Gözlərdə qızartı;
Ürəkbulanma;
Qusma;
İshal;
Hərarət.

H.Diktaşın sözlərinə görə, yoluxma riskini minimuma endirmək üçün sadə, lakin təsirli tədbirlər görmək mümkündür:

“Hovuza girməzdən əvvəl və sonra mütləq duş qəbul etməlisiniz. Bundan əlavə, eynək və qulaqcıqlardan istifadə edilməlidir. Bezi olan uşaqlar mümkünsə hovuza girməməli, xüsusi çimərlik paltarlarından istifadə edilərsə, gigiyena qaydalarına ciddi nəzarət edilməlidir.

Hovuzun təmizliyinə dair sənədlə mütləq gözə çarpan şəkildə asılmalıdır. Ailələr də bu sənədləri tələb etməlidirlər”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.