Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda son 1 həftədə koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda son 1 həftədə 380 nəfər COVID-19-a yoluxub, 11 nəfər ölüb

Azərbaycanda son 1 həftədə koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (25.09.2023-01.10.2023) 380 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 833 189 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 484 nəfər müalicə olunaraq sağalıb, 10 332 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.
Ölkədə son həftə ərzində 3 856, hazırkı dövrədək isə 7 688 073 test aparılıb.
XXX
Azərbaycanda sentyabrın 25-dən oktyabrın 1-dək koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.

Tarix: 2-10-2023, 15:02 Oxunub: 92


Bölməyə aid digər xəbərlər