Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (24-30 iyul) 17 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda iyulun 24-dən 30-dək koronavirus (COVID-19) əleyhinə 164 vaksin vurulub. Həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, üç və daha çox doza vaksin vurduranların sayı 55, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 11 nəfərdir.







































