Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda dəvəçiliyə maraq artıb - VİDEO

Baxış: 390

Azərbaycan da tarixən dəvəçiliyin inkişaf etdiyi ölkələrdən biri olsa da, sovet hakimiyyəti illərində dəvəçilik tənəzzülə uğrayıb. Hazırda Azərbaycanda dəvələrin ümumi sayı dəqiq olmayan məlumatlara görə, 250 baş civarındadır.
Dəvəçilik təsərrüfatlarından biri də Sabirabadda yerləşən fermer təsərrüfatıdır. Rayonun Kovlar kəndi ərazisində yerləşən təsərrüfatda bölgə üçün ənənəvi olmayan dəvələr yetişdirilir.
Fermer təsərrüfatında 17 baş ikihürgüclü dəvə saxlanılır. Birhürgüclülərdən fərqlənən nadir ikihürgüclü dəvələrin bir çox üstünlükləri olur. Dəvənin ən yaxşı məhsulu isə südü və yunu hesab edilir.
Tövsiyə olunur ki, Muğan bölgəsində dəvələri saxlamaq daha effektlidir. Çünki burada dəvələr üçün yem tədarükünə ehtiyac yoxdur. Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da dəvədən Qurban bayramı zamanı qurbanlıq heyvan kimi istifadə olunur. Qurban bayramı ərəfəsində bu heyvana tələbat da artır.
Qeyd edək ki, dəvələr ev heyvanları içində ən sürətlə inkişaf edən heyvandır, çoxlu bala vermək qabiliyyətinə malikdir. Dəvə əti tərkibində olan maddələrə görə daha zəngindir. Qocaldıqda belə dəvənin əti yumşaq olur. Südü faydalı, yağlı vitaminlərlə zəngindir.

 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.