21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Samux rayonunda təsərrüfatçılar əkinçiliklə yanaşı, heyvandarlığı da inkişaf etdirirlər. Heyvandarlıq rayonda əsas gəlir mənbəyindən biri hesab edilir.
Rayonun Statistika İdarəsindən Sahibkartv.az-a verilən məlumata görə, heyvandarlığın inkişaf etdirilməsi və onun məhsuldarlığının artırılmasına təsir edən faktorlar etibarlı yem bazasını yaratmaqla yeni texnologiya əsasında hazırlanması, heyvanların cinsinin yaxşılaşdırılması, zootexniki tələbata uyğun yemlənməsi, heyvandarlıq məhsullarının istehsalı, emalı, saxlanması və başqa əsas məsələlər daxildir.
2021-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq məhsullarının istehsal həcmi 33044,8 min manat təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsullarının istehsal həcmi 1196,6 min manat və yaxud 3,7 faiz artıb. İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması heyvandarlıq məhsullarının istehsalının artırılması ilə yanaşı, ona çəkilən ümumi xərclərin azalmasına səbəb olur.
1 oktyabr 2021-ci il tarixinə təqdim olunan hesabatlara əsasən, bütün təsərrüfat kateqoriyaları daxil olmaqla rayon üzrə iribuynuzlu mal-qaranın sayı 23992 baş, o, cümlədən ana inək və camışların sayı 12096 baş, qoyun və keçilərin sayı isə 136845 baş olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mövcud mal-qaranın baş sayında artım müşahidə olunaraq, iri buynuzlu mal-qara 701 baş və yaxud 3,0 faiz, qoyun və keçilər isə 2309 baş və yaxud 1,7 faiz artıb.
Mövcud mal-qaranın ümumi baş sayından 22737 baş və yaxud 94,8 faiz iri buynuzlu mal-qara, o, cümlədən 11475 baş və yaxud 94,8 faiz ana inək və camışlar, 123057 baş və yaxud 89,9 faiz qoyun və keçilər fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının, 1255 baş və yaxud 5,2 faiz iri buynuzlu mal-qara, o cümlədən 621 baş və yaxud 5,2 faiz ana inək və camışlar, 13788 baş və yaxud 10,1 faiz qoyun və keçilər kənd təsərrüfatı müəssisələrinin payına düşür.
Hesabat dövründə istehsal olunan ətin (diri çəkidə) 98,3 faizi və yaxud 3869,4 tonu, südün 94,5 faizi və yaxud 19786,4 tonu, yumurtanın 100,0 faizi və yaxud 6582 min ədədi, yunun 90,0 faizi və yaxud 234 tonu ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunub.
Bölməyə aid digər xəbərlər