Nazirlikdən Sahibkartv.az-a verilən məlumata görə, onların 265-i dövlət, 242-si özəl müəssisələrdir.
Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona işəgötürənlər tərəfindən artıq 2489 vakansiya təqdim edilib.
Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 715 nəfər (o cümlədən 118 şəhid ailəsi üzvü və 597 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.



































