Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Dayanıqlı Sahibkarlıq

20:00 / 17-01-2025

Azərbaycanda emal yönümlü kartof sortları istehsal ediləcək


Azərbaycan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun (ETİ) və Türkiyənin Kartofçuluq Tədqiqat İnstitutunun gələcəkdə qarşılıqlı olaraq kartof sortlarının seleksiya işlərinə cəlb olunmasının perspektivləri müzakirə edilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO)  verilən məlumata görə, tərəflər arasında müzakirələr FAO-Azərbaycan tərəfdaşlıq Proqramı çərçivəsində Türkiyəyə səfər çərçivəsində baş tutub.

Azərbaycan nümayəndə heyəti Niğdə şəhərində yerləşən Kartofçuluq üzrə Tədqiqat İnstitutunun işləri ilə tanış olub. Burada yeni texnologiya ilə aerofonikada virussuz kartof miniyumrularının yetişdirilməsi prosesi xüsusi maraqla qarşılanıb.
 
Bu texnologiyanın Tərəvəzçilik ETİ-da tətbiq edilməsi ilə bağlı müzakirələr aparılaraq, xüsusilə emal yönümlü sortların da Azərbaycanda seleksiya yolu ilə alınması və onların gələcəkdə geniş sahələrdə əkilərək istehsal edilməsi vurğulanıb.


Tarix: 25-08-2021, 21:44 Oxunub: 106


Bölməyə aid digər xəbərlər