Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Daha 3 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verildi

Baxış: 354

Daha 3 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
KOBİA-dan Sahibkartv.az-a verilən məlumata görə, bunlar "Kibrit.Tech" MMC-nin çağrı mərkəzlərinin işinin təşkili və idarə edilməsi üçün “Orangeline” proqram tətbiqi, “Profam” MMC-nin sığorta xidmətlərini vahid ünvandan təqdim edən “www.insure.az” layihəsi və "Unibroad" MMC-nin eyni adlı xaricdə təhsil almaq istəyənlər üçün onlayn platformasıdır.
Sözügedən KOB subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.
Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. İndiyədək KOBİA tərəfindən 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almaq üçün müvafiq meyarlar, müraciət üçün ərizə forması və lazım olan sənədlərlə bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.