Day, Month 00, Year
00: 00: 00 AM
İsmayıllı və Salyanda üzümçülük təsərrüfatlarında innovativ texnologiyaların tətbiqi məhsuldarlığı artırıb


İsmayıllı və Salyan rayonlarında üzümçülük təsərrüfatlarında aqrotexnoloji əməliyyatların həyata keçirilməsi və innovativ texnologiyaların tətbiqi ilə bağlı tarla seminarı keçirilib.
Tarla seminarı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” proqramı çərçivəsində baş tutub.
Tarla seminarının məqsədi İsmayıllı, Salyan rayonlarında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) üçün innovativ həll yolları və texnologiyaların tətbiqini nümayiş etdirmək, informasiya-məsləhət xidmətlərində yeni bacarıqlar formalaşdırmaqla mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək olmaqdır.
Layihə çərçivəsində İsmayıllı və Salyan Dövlət Aqrar İnkişaf Mərkəzləri hidravlik tarla kultivator və çiləyicilər ilə təmin edilib. Pilot layihə olaraq  9 fermerin üzüm sahəsində bu texnologiyaların istifadəsi nəticəsində məhsulun maya dəyəri 50 faizə qədər azalıb və məhsuldarlıq artıb.
Təlim çərçivəsində fermerlər kimyəvi çiləmələrin düzgün və səmərəli həyata keçirilməsi üçün “Çiləyici” aparatının tarla şəraitində iş prinsipi ilə əyani tanış olublar. İnstitut mütəxəssisləri tərəfindən üzümün təhlükəli mildiu, oidium, boz çürümə, salxım yarpaqbükəni xəstəlik və zərərvericilərinə qarşı “Üzümlüklərdə kompleks kimyəvi mübarizə və yemləmə gübrəsinin hazırlanması üsulu” praktiki olaraq nümayiş etdirilib.
Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilir və Salyan, Şamaxı və İsmayıllı DAİM-lərinin üzümçülük sahəsində potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.






Tarix: 7-08-2021, 15:21 Oxunub: 238


Bölməyə aid digər xəbərlər