Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanda sahibkarlıq fəaliyyəti


Müstəqil Azərbaycan Respublikası inzibati-amirlik sistemindən demokratik prinsiplər əsasında qurulan və azad bazar münasibətlərinə söykənən yeni iqtisadi sistemə keçməyə başlamışdır. Sərbəst bazar iqtisadiyyatının təşəkkülü sahibkarlığın inkişafı üçün geniş zəmin yaradır.
İnsanların bazar iqtisadiyyatına xas olan müstəqil və sərbəst iqtisadi fəallığı yalnız sahibkarlıq fəaliyyəti sahəsində üzə çıxır. Belə ki. bazar iqtisadiyyatı şəraitində müxtəlif mülkiyyət formalarının yaranması insanların mülkiyyətə münasibətini dəyişdirir, sahibkarlıq hissini gücləndirir və məhsul bolluğu yaratmağa olan marağım artırır. Sivilizasiyalı bazar iqtisadiyyatının formalasının ən başlıca struktur komponentlərindən biri sahibkarlıq fəaliyyətidir. Sahibkarlıq fəaliyyəti fiziki və hüquqi şəxslərin mənfəət əldə etməsi məqsədilə qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmət göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Zəngin məzmuna, müxtəlif növlərə və formalara malik olan sahibkarlıq fəaliyyəti iqtisadi və sosial tərəqqinin əsas şərtidir, sahibkarlar isə cəmiyyətin ən təşəbbüskar, çevik, elmi-texniki yenilikləri daha tez mənimsəyən və iştehsalata tətbiq edən sosial təbəqəsidir. Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan sahibkar həmişə çalışır ki, mövcud iqtisadi resurslardan qənaətlə, səmərəli istifadə edərək dünya standartlarına uyğun rəqabət qabiliyyətli məhsul istehsalını artırsın, rəqabət bazarında öz təklifi ilə çıxış edə bilsin və nəticədə yüksək mənfəət götürsün. Deməli, milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək üçün sağlam sahibkarlıq mühitinin yaradılması, insanların sahibkarlıq ruhunda tərbiyə olunması və sahibkarlıq fəaliyyətinin öncül inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi zəruridir. Sahibkarlığın inkişafı bir tərəfdən məhsul bolluğu yaratmaqla daxili istehlak bazarının formalaşmasına səbəb olur və sağlam rəqabət üçün geniş imkanlar açır, digər tərəfdən isə işsizlik kimi kəskin sosial-iqtisadi problemin həllini sürətləndirir və dövlət büdcəsinin zənginləşməsinə kömək edir.Azərbaycanda sahibkarlıqla məşğul olan özəl sektorlar respublikada daha çox əhalinin şəxsi istehlakı, onun satış üçün bazara çıxartdığı məhsul və xidmətlə bağlı olub, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərən fərdi sahibkarlıqla bağlıdır. Bu sahibkarlıq növü xüsusi növ olmaqla, Azərbaycanda özünün tarixi ənənəsi və özünəməxsus formalaşma dinamikası olan sahə kimi sosial əhəmiyyətli və xalis sosialyönümlü fəaliyyət dairəsindən ibarətdir.Fərdi sahibkarlıq əhalinin məşğulluğuna, onun ərzaq və xidmət tələbatını ödəmək üçün məhsul istehlak etməklə yanaşı satış üçün məhsul istehsal edib pul gəlirlərinin yaranmasına səbəb olur. Fərdi sahibkarlıq sosial demoqrafik tərkiblə müəyyənləşib əhalinin rifahını, onun təkrar istehsalı və həmçinin məşğulluğu üçün mühüm rol oynayır. Əhali amilinin demoqrafik xüsusiyyətləri, şəhər, kənd əhalisinin məşğulluğu, onun təhsil və peşə səviyyəsi fərdi təsərrüfatçılıq, demoqrafik amil olaraq Azərbaycan iqtisadiyyatında onun statistik araşdırmalarında geniş yer tutur. Respublikada fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti daha geniş surətlə artır. Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 2016-cı ilin əvvəlinə 307 minə yaxınlaşmışdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq sahəsində məşğul olan fiziki şəxslərin 84,1 faizini kişilər, 15,9 faizini də qadınlar təşkil etmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlıq daha çox ticarət, nəqliyyat, xidmət və kənd təsərrüfatı sahəsində cəmləşib. 2005-2015-ci illərdə bu artım 178,5 min nəfərdən 196,7 min nəfərə qədər artmışdır.  Maraqlı odur ki, bu 5 ildə ticarət və təmir sahəsində işləyən fərdi sahibkarların bütün fəaliyyət göstərən sahibkarlar arasında xüsusi kapitalı 68,6% -dən 60,6%-ə enmişdir, kənd təsərrüfatında isə 3,2%-dən 8,2%-ə qədər yüksəlmişdir. Daşınmaz əmlakla əməliyyatlar icarə, kommersiya və kommunal xidmtlər birlikdə 13,2% təşkil edir. Nəqliyyat və anbar təsərrüfatında fiziki şəxslərin sahibkarlıq fəaliyyətinin artım tempi ilkin olmaqla 8-19% arasında dəyişir. Belə ki, respublikada fiziki şəxslərin sahibkarlıq fəaliyyəti cari tələblər üçün hesablanır, onların əsas məqsədi cari tələbatı ödəmək və yoxsul təbəqələr üçün daha xarakterik fəaliyyət növü olmaq niyyəti kəsb edir.





Günel Əliyeva


Tarix: 6-07-2021, 13:44 Oxunub: 854


Bölməyə aid digər xəbərlər