
22 avqust 2025-ci il tarixində AQSİA-nın Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin sahibkarlığı Agentliyi ilə birgə təşkil etdiyi forumda öz əl işlərimlə iştirak etdim.
Sərgidə təqdim etdiyim əl işlərim iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Ziyarətçilər məhsulların həm keyfiyyətini, həm də estetik dizaynını yüksək qiymətləndirdilər. Göstərilən diqqət və bəyənmə mənim üçün həm yaradıcı fəaliyyətimdə motivasiya, həm də gələcək layihələrimdə daha inamla irəliləmək üçün stimul oldu.Daha sonra sahibkartv.az saytının rəhbəri Rüstəm Nağıyev özümlə və əl işlərimlə daha yaxından tanlş oldu.Bir neçə gün sonra əl işlərim və özüm haqqında Sahibkartv.az saytında məqalə yerləşdirdilər.
08.09.2025 tarixində AQSİA-nın xətti ilə Rüstəm Nağıyev iıə yenidən görüşmək imkanımız oldu. Bu görüşdə mənimlə yanaşı digər sahibkar xanımlar da iştirak edirdi. Rəhbər bizimlə səmimi şəkildə söhbət etdi, təcrübəsini bölüşdü və gələcək fəaliyyətimiz üçün əhəmiyyətli istiqamətlər göstərdi.Ən vacib məqamlardan biri VÖEN açmağın əhəmiyyəti oldu. Bizə izah olundu ki, rəsmi sahibkar statusu ilə fəaliyyət göstərmək yalnız işimizi qanuniləşdirmir, həm də bizi dövlətin təqdim etdiyi müxtəlif dəstək mexanizmlərinə yaxınlaşdırır. Bu, həm kreditlərdə, həm təlim və layihələrdə, həm də sərgilərdə iştirak üçün böyük üstünlüklər yaradır.
Görüş zamanı dövlətin qadın sahibkarlara göstərdiyi dəstək proqramları haqqında da geniş məlumat aldıq. Qadınların öz işlərini qurub inkişaf etdirməsi üçün müxtəlif imkanların mövcudluğu, güzəştli şərtlərlə təqdim olunan layihələr və biznesin inkişafına yönəlmiş təşviqlər bizə yol xəritəsi verdi.
Mənim üçün bu görüş yalnız bir maarifləndirmə tədbiri deyil, həm də ilham mənbəyi oldu. Çünki burada hər birimiz öz hekayəmizi danışdıq, qarşımıza çıxan çətinlikləri bölüşdük və birlikdə onların həll yollarını müzakirə etdik. Bu da bir daha göstərdi ki, qadın sahibkarlar bir araya gəldikdə həm güclənir, həm də yeni imkanlar qazanır.
Şəxsi olaraq mən bu görüşdən böyük motivasiya ilə ayrıldım. Qarşıya daha böyük məqsədlər qoydum və inanıram ki, əldə etdiyim biliklər işimdə yeni qapılar açacaq. Əl işlərimi daha geniş auditoriyaya təqdim etmək, keyfiyyət və peşəkarlığı ön plana çıxarmaq, eyni zamanda digər qadınlara da nümunə olmaq istəyirəm.
Bu görüş mənə bir daha sübut etdi ki, hər bir qadın sahibkar uğur qazana bilər, sadəcə düzgün istiqamət və dəstək lazımdır. Mən də inanıram ki, bizim yolumuz birgə addımlarla daha da işıqlı olacaq.



































