
Təkcə məhsulun keyfiyyəti deyil, onun qablaşdırması da beynəlxalq bazarlarda uğurun əsas şərtlərindən biridir. Sahibkartv.az xəbər verir ki, müasir dövrdə qablaşdırma sadəcə məhsulu saxlamaq və daşınma zamanı qorumaq üçün nəzərdə tutulmur, eyni zamanda istehlakçıya estetik baxımdan təsir göstərən mühüm marketinq alətinə çevrilib.
Yeni texnologiyalarla hazırlanan qablaşdırmalar məhsulun təhlükəsizliyini təmin etməklə yanaşı, onun rəqabət gücünü də artırır. Mütəxəssislər bildirirlər ki, beynəlxalq bazarlarda alıcıların diqqətini ilk cəlb edən məhz qablaşdırmadır. Rəng seçimi, dizayn, material və hətta qablaşdırmanın ekoloji uyğunluğu müasir alıcı üçün vacib göstəricilərdən hesab olunur.
Bununla yanaşı, şirkətlər artıq qablaşdırmanı yalnız qoruyucu funksiya ilə deyil, eyni zamanda brendin imici, bazarda fərqlənməsi və müştəri loyallığının formalaşması vasitəsi kimi görürlər. Bu səbəbdən də yüksək texnologiyalara əsaslanan, davamlı və kreativ qablaşdırma həllərinə investisiya qoyuluşu getdikcə artır.





































