
Əvvəllər sadəcə satış funksiyası daşıyan topdansatış mərkəzləri indi müasir tələblərə uyğun olaraq tamamilə fərqli bir mühitə çevrilir. Sahibkartv.az xəbər verir ki, artıq bu məkanlarda yalnız məhsulun alınıb-satılması ilə kifayətlənilmir, həm də onun keyfiyyətinə nəzarət, çeşidlənməsi və qablaşdırılması həyata keçirilir. Bu isə həm alıcıların, həm də satıcıların maraqlarını qoruyan yeni yanaşmadır.
Mütəxəssislərin sözlərinə görə, keyfiyyətə nəzarət sistemi məhsulların daha uzunmüddətli saxlanmasına, gigiyena və təhlükəsizlik standartlarına uyğunluğuna imkan yaradır. Çeşidləmə və qablaşdırma prosesi isə həm ticarətçilərə, həm də son istehlakçılara məhsulu daha rahat şəkildə əldə etməyə şərait yaradır.
Yeni yanaşma nəticəsində topdansatış mərkəzləri sadəcə satış bazarı deyil, həm də istehlakçıların güvən ünvanına çevrilir. Bu, bazar iqtisadiyyatında şəffaflığı artırır, rəqabəti gücləndirir və keyfiyyətli məhsulların istehlakçıya çatmasını təmin edir.



































