Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Litvada balıqçı qadınlar üçün sahibkarlıq mərkəzi açıldı

Baxış: 168

Palanga şəhərində qadın balıqçılar üçün “Blue Women Business Hub” mərkəzi açıldı

Sahibkartv.az xəbər verir ki, Baltik dənizi sahilində yerləşən Litvanın Palanga şəhərində qadın balıqçılar üçün ixtisaslaşmış “Blue Women Business Hub” adlı yeni mərkəz istifadəyə verilib. Bu təşəbbüs qadınların dənizçilik sektorunda iqtisadi iştirakını artırmaq və onların sahibkarlıq bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

Mərkəz çərçivəsində qadın balıqçılar üçün peşəkar təlimlər, mikrokredit dəstəyi və müasir balıqçılıq avadanlıqları təmin edilir. Eyni zamanda, burada şəbəkələşmə imkanları yaradılır, təcrübə mübadiləsi və biznes planlaşdırma üzrə dəstək verilir.

“Blue Women Business Hub” regional səviyyədə qadınların iqtisadi güclənməsi və dayanıqlı balıqçılığın təşviqi üçün nümunəvi layihə kimi qəbul edilir. Mərkəzin rəhbərliyi qeyd edir ki, bu təşəbbüs sahil bölgələrində qadınların sosial və iqtisadi mövqeyinin gücləndirilməsinə töhfə verəcək.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.