
Uğurlu Sahibkarın Görünməyən Gücü: Kiçik, İnamlı Komanda
Sahibkartv.az xəbər verir ki, əksər uğurlu sahibkarların arxasında böyük səslər çıxarmayan, amma möhkəm dayaqlar kimi dayanan kiçik bir komanda olur. Bu komanda hər zaman böyük bir ofis və ya geniş kollektivdən ibarət olmaya bilər.
Bəzən bu, ailəndir – sənə inanan, sənə dəstək verən, çətin anlarda güc verən insanlardan ibarətdir.
Bəzən isə bir dostdur – sənin ideyanı dinləyən, səni motivasiya edən və lazım gəldikdə səmimi tənqid edən.
Hətta bəzən bu, bir müştəridir – sənə inanan, sənin məhsuluna güvənən və onu təbliğ edən.
Sahibkarlıqda tək başına ideya qurmaq mümkündür, amma davamlı uğur üçün bu ideyanın yanında dayanan inam dolu münasibətlərə ehtiyac var. İnsan işdən daha çox, emosiya və münasibətlərdən güc alır.
Bu səbəbdən, qazanmaq üçün yalnız işə deyil, həm də insanlara, münasibətlərə və inama investisiya etmək lazımdır. Çünki sahibkarlıq həm də sosial bir prosesdir.
İnan ki, özünə səmimi şəkildə inanan 3 insan, 300 səthi izləyicidən daha böyük və dayanıqlı dəstəkdir.
Çünki onlar sənə yalnız sözləri ilə deyil, hərəkətləri və sadiqlikləri ilə arxa dururlar.
Bu kiçik komanda sənə enerji verir, çətin anlarda güc verir, yeni imkanların qapısını açır. Və ən əsası – sənə özünə inamı daim taze saxlayır.
Unutma: sahibkarlığın ən möhkəm dayağı – qazandığın pulla deyil, qazandığın insanlarla ölçülür.





































