22:11 / 21-02-2025
21:42 / 21-02-2025
21:33 / 21-02-2025
21:23 / 21-02-2025
20:32 / 21-02-2025
20:18 / 21-02-2025
19:49 / 21-02-2025
19:31 / 21-02-2025
19:19 / 21-02-2025
18:51 / 21-02-2025
18:30 / 21-02-2025
18:21 / 21-02-2025
17:39 / 21-02-2025
17:30 / 21-02-2025
17:13 / 21-02-2025
16:44 / 21-02-2025
16:15 / 21-02-2025
16:00 / 21-02-2025
15:46 / 21-02-2025
15:30 / 21-02-2025
15:00 / 21-02-2025
14:22 / 21-02-2025
13:48 / 21-02-2025
13:43 / 21-02-2025
13:09 / 21-02-2025
12:48 / 21-02-2025
12:33 / 21-02-2025
12:21 / 21-02-2025
12:04 / 21-02-2025
11:59 / 21-02-2025
10:42 / 21-02-2025
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya Bağında “Aqrokimya şöbəsi”nin əməkdaşları tərəfindən torpaq münbitliyinin artırılması və üzüm bitkisinin optimal qidalanmasının təmin edilməsi istiqamətində tədqiqat işləri davam etdirilir.
Sahibkartv.az xəbər verir ki, Məlumdur ki, üzüm bitkisi digər kənd təsərrüfatı bitkiləri kimi torpaqdan müxtəlif qida maddələrini mənimsəyərək, öz vegetativ inkişafına sərf edir. Bu səbəbdən, bitkilərdən sabit və yüksək keyfiyyətli məhsul əldə etmək üçün hər il düzgün gübrələmə aparılmalıdır. Gübrələmə prosesinin effektivliyi üçün bir sıra mühüm məqamlar nəzərə alınmalıdır. İlk növbədə, torpağın fiziki-kimyəvi xüsusiyyətləri hərtərəfli öyrənilməli, bitkinin inkişaf xüsusiyyətləri, becərilmə şəraiti və məhsulun texnoloji istifadəsi kimi amillər nəzərə alınmalıdır.
Qida maddələri makro, mikro və mezo elementlərə bölünür. Bitkinin sağlam inkişafı və yüksək məhsuldarlığının təmin edilməsi üçün azot (N), fosfor (P), kalium (K) əsas makroelementlər kimi mühüm rol oynayır. Bununla yanaşı, dəmir (Fe), maqnezium (Mg), kükürd (S), sink (Zn), mis (Cu), molibden (Mo) kimi mikroelementlər də bitkinin normal böyüməsi və inkişafı üçün əhəmiyyətlidir.
Tədqiqat çərçivəsində Abşeron, Şamaxı və Samux bölgələrinin torpaq xüsusiyyətləri nəzərə alınaraq, müxtəlif tərkibli və fərqli dozalarla gübrələmə sınaqları aparılmışdır. Bu prosesdə üzvi və mineral gübrələrin optimal kombinasiyalarının müəyyən edilməsi məqsədilə kökdən və kökdənkənar (yarpaq vasitəsilə) qidalanma üsulları sınaqdan keçirilmişdir. İstifadə edilən gübrələrə azot, fosfor, kalium, dəmir, maqnezium, kükürd, sink, bor, fulvik turşular, aminoasitlər və humatlar kimi üzvi və mineral elementlər daxil edilmişdir.
Gübrələmə tədqiqatlarının məqsədi tənəklərin böyümə və inkişaf dinamikasının, zoğların yetişmə səviyyəsinin, tənəyin boy gücünün, salxımların orta kütləsinin, məhsuldarlığın və gilələrin keyfiyyət göstəricilərinin elmi əsaslarla öyrənilməsidir. Bundan əlavə, çiçəklərin tökülmə miqdarı, gilələrin şəkərlilik dərəcəsi, titrlənən turşuluq səviyyəsi, gilələrin rəng intensivliyi və məhsulun bazar dəyəri kimi parametrlər də tədqiq edilərək, üzümçülükdə ən optimal gübrələmə normaları müəyyən ediləcəkdir.
Bu araşdırmalar nəticəsində əldə edilən biliklər gələcəkdə fermerlərin üzüm bağlarında daha məhsuldar və effektiv gübrələmə sistemlərinin tətbiqinə imkan yaradacaq və Azərbaycanın üzümçülük sahəsində davamlı inkişaf strategiyasına töhfə verəcəkdir.
Bölməyə aid digər xəbərlər