11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
14:14 / 20-11-2024
13:07 / 20-11-2024
13:02 / 20-11-2024
12:57 / 20-11-2024
12:45 / 20-11-2024
12:41 / 20-11-2024
11:09 / 20-11-2024
Əhalinin həyat səviyyəsinin yüksəlməsi və ərzaq məhsullarına tələbatının tam ödənilməsi bilavasitə kənd təsərrüfatının sərbəst sahibkarlıq təməlinə keçirilməsi ilə bağlıdır. Lakin !yerlərdə icarə münasibətlərinin inkişafına əngəllər törədilməsi, bu münasibətləri tənzimləyən qaydaların mükəmməl olmaması, habelə dövlətsizləşdirməyə və özləşdirməyə, kəndli (fermer) təsərrüfatlarının yaradılmasına aid qanunvericilik aktlarının qəbul edilməsinin ləngiməsi ucbatından respublikada bu proses süni surətdə yubadılır.
Kəndli (fermer) təsərrüfatlarını inkişaf etdirmək sahəsində tədbirlərin həyata keçirilməsinin bundan sonra ləngidilməsi kənd təsərrüfatı istehsalının daha çox aşağı düşməsinə gətirib çıxara bilər, çünki bazar iqtisadiyyatına, istehsal-texniki təyinatlı malların
və xidmətlərin qiymətlərinin sərbəstləşdirilməsinə keçid obyektiv olaraq zərərlə işləyən və aşağı rentabelli bir çox kolxozların və sovxozların müflisləşməsinə və deməli, kənd təsərrüfatı məhsullarının istehsalçıları sırasından çıxmasına doğru aparır.
Kəndli (fermer) təsərrüfatlarının təşkili üçün lazımi şərait yaradılması sahəsində təxirə salmadan tədbirlər görülməlidir ki, bu təsərrüfatlar yaz əkini kampaniyasında iştirak edə bilsinlər və cari ilin məhsulu naminə işləməyə başlasınlar.
Ərzaq probleminin həllinin sürətləndirilməsi, torpaqdan səmərəli istifadə edilməsi, kənd təsərrüfatı məhsulu istehsalının artırılmasına və onun keyfiyyətinin yaxşılaşdırılmasına kəndlinin marağını gücləndirmək məqsədi ilə və “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
1. İcra hakimiyyətinin başçıları on gün ərzində rayon və zona (rayonlar daxilində) kəndli (fermer) təsərrüfatlarının inkişafına yardım komissiyaları yaratsınlar.
2. Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi və yerlərdə İcra hakimiyyəti başçıları kəndli (fermer) təsərrüfatlarına pay ayırmaq üçün bu il fevralın 1-dən gec olmayaraq hər bir rayonda səmərəsiz istifadə edilən torpaqlar, habelə ləğv edilməli olan perspektivsiz, zərərlə işləyən və aşağı rentabelli kolxozların və sovxozların torpaqları hesabına torpaq fondu yaratsınlar.
Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə və rayonların İcra hakimiyyəti orqanlarına icazə verilsin ki, belə kolxozları (kolxozçuların ümumi yığıncağının razılığı ilə) və sovxozları ləğv etsinlər.
Kəndli (fermer) təsərrüfatlarına verilən torpaq sahələrinin (ölçüləri müəyyən edilsin.
3. Müəyyən edilsin ki, kəndli (fermer) təsərrüfatları təşkil etmək üçün torpaq sahələri vətəndaşlara icarə şərtləri əsasında daimi istifadəyə verilir.
4. Kəndli (fermer) təsərrüfatlarının kənd təsərrüfatı texnikası, yanacaq-sürtgü
materialları, yemlərlə və digər ehtiyatlarla təmin edilməsi Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə həvalə edilsin, bu təminatın müqabilində istehsal edilən məhsulların azı 50 faizi müqavilə qiymətləri ilə respublikanın nəfinə satılsın.
Müəyyən edilsin ki, kəndli (fermer) təsərrüfatlarının istehsal edilən məhsulun qalan hissəsi barəsində müstəqil sərəncam verməyə ixtiyarı vardır.
5. Kəndli (fermer) təsərrüfatlarının istər əkinsuyu ilə, istərsə də heyvandarlıq üçün içməli su ilə təmin edilməsi Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Nazirliyinə həvalə edilsin.
6. Respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi kolxozlarının, sovxozlarının və təsərrüfatlararası birliklərinin, emal sənayesi, tikinti müəssisələrinin və digər təşkilatlarının bank ssudaları üzrə 1991-ci il dekabrın 1-dək gecikdirilmiş və təxirə salınmış 304,2 milyon manat məbləğində borcu, o cümlədən kolxozların gördükləri işlərin haqqının ödənilməsi üçün “Azərkəndsutəchizat” konserninə verilmiş və qaytarılması təxirə salınmış 3,1 milyon manat məbləğində kredit onların ayağından silinsin.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, həmin məbləği respublikanın daxili borcunun artmasına aid etsin.
7. Müəyyən edilsin ki, ləğv olunmalı sovxozların bütün kənd təsərrüfatı texnikası, traktor və avtomobil parkları, təmir emalatxanaları, anbarları, inzibati binaları, iş heyvanları pulsuz olaraq həmin sovxozların bazasında yaradılacaq kəndli (fermer) təsərrüfatlarının kollektiv (mülkiyyətinə verilir. Bu bəndin yerinə yetirilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
8. Ləğv edilən kolxozların əmlakının, o cümlədən kənd təsərrüfatı texnikasının,
avtonəqliyyat parklarının, heyvandarlıq fermalarının bölüşdürülməsi, onlardan istifadənin başqa formaları və gələcəyi ilə bağlı məsələlər bu təsərrüfatların Nizamnamələrinə uyğun surətdə onların üzvlərinin ümumi yığıncaqlarında həll edilir.
9. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi kəndli (fermer) təsərrüfatlarının yaradılması barədə hər kvartal hesabat verilməsi qaydasını tətbiq etsin.
10. Azərbaycan Respublikasının Nazirlər Kabineti on gün ərzində bu Fərmandan irəli kələn qərarlar qəbul etsin.
sahibkartv.az
Bölməyə aid digər xəbərlər