Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Memar Elçin Əliyev: “Problem yeni memarlığın keyfiyyətində, onu yaradanların peşəkarlığındadır”

Baxış: 358

Şəhərsalma sahəsində tanınmış mütəxəssis, memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev Bakının dəyişən memarlıq mənzərəsi ilə bağlı narahatlıq doğuran məsələlər barədə danışıb.
Bu barədə müsahibə verən mütəxəssis bildirib ki, onu ən çox müasir memarlığın keyfiyyəti narahat edir:
“Bakıda baş verənlər ciddi problemə çevrilib. Təəssüf ki, “memarlıq” məmurlarında şəhərin tarixi irsininin qorunmaması narahatlıq yaratmır. Belə olan zaman şəhərin tanıdığımız görünüşü, orijinal Bakı silueti gözümüzün önündə yeni dövrün şüşə-beton rəmzlərinin dəryasına atılır”.
E.Əliyev bildirir ki, yeniliklərə qarşı deyil, tarixi mərkəzdəki yeni memarlığın həmişə pis olduğunu düşünmür, çünki müasir memardır. Problem ondadır ki, çox vaxt Bakıda yeni memarlıq keyfiyyətsiz olur:
“Vurğulamaq istəyirəm ki, problem köhnə ilə yeninin məcburi toqquşmasında deyil - istəsək də, istəməsək də yeni və müasir memarlığın gəlişi qaçılmazdır. Problem yeni memarlığın keyfiyyətində, onu yaradanların səriştəsində və peşəkarlığındadır.
Şəhərdə tikilən müasir layihələrin əksəriyyəti heç bir memarlıq tənqidinə tab gətirmir. Klassiklərdən biri yazırdı: “Binalar insan üçün yaxşı qonşu olmalıdır”. Amma mən optimistəm və əminəm ki, doğma Bakım bu dövrü də ötürəcək. Təsəvvür edirsiz, o Yer üzündəki ən qədim şəhərlərdən biri kimi bir neçə min illik mövcudluğu dövründə nələr görüb?”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.