10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində açılan sərgidə Ümummilli Lider, fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze və dünyanın tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar, eləcə də böyük siyasi xadimə həsr olunmuş kitablar nümayiş etdirilir.
Sərgini ziyarət edənlər dünyamiqyaslı siyasi xadim, Ulu Öndər Heydər Əliyevin parlaq zəkası, onun təkcə Azərbaycan və Gürcüstan xalqlarının deyil, Cənubi Qafqazın və ümumilikdə Avropanın inkişafı naminə xidmətlərini qeyd ediblər.
Tornike Rijvadze jurnalistlərə müsahibəsində deyib ki, Batumidə Azərbaycan xalqının Ümummilli Lideri, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərginin açılması bizim üçün çox qürurvericidir və mühüm əhəmiyyət kəsb edir.





