"Sahibkartv.az" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Qətərin paytaxtı Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusunda keçirilən 12-ci konfransında deyib.
İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransına yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Qətər hökumətinə və ICESCO rəhbərliyinə, mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Hamad Saniyə təşəkkürünü bildirən natiq daha sonra qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatla əməkdaşlığa xüsusi önəm verir.
"Eyni zamanda ölkəmizin ICESCO ilə əməkdaşlığı Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə daha da möhkəmlənir və genişlənir. Əlaqələrimizin möhkəmləndirilməsində təşkilatın baş direktoru Salim bin Məhəmməd əl-Malikin də səyləri təqdirəlayiqdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Bakıda bu il ICESCO-nun Regional ofisi açılacaq və bu da ICESCO ilə münasibətlərin, bütünlükdə ICESCO gündəliyinin bölgədə təqdim edilməsi baxımından çox vacib bir addımdır”, - məlumatda qeyd olunub.
Sonra Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsünə ICESCO-nun verdiyi davamlı dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, təşkilat 2011-ci ildən ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksək səviyyədə təmsil olunur. ICESCO-nun 2024-cü ildə ölkəmizdə keçiriləcək növbəti forumda da iştirakının əhəmiyyətli olacağı diqqətə çatdırılıb.
Ölkəmizin tarixi-mədəni zənginlikləri və İslam irsi barədə məlumat verən Adil Kərimli qeyd edib ki, ölkəmizdə islam mədəniyyəti təkcə qədim dini tikililərdə, onun memarlığında deyil, həm də qeyri-maddi irs və adət-ənənələrimizdə, xalq yaradıcılığında, ədəbiyyat, musiqi, rəqs, xalçaçılıq, tətbiqi sənət, kino və s. sahələrdə özünü göstərir.
Daha sonra çıxışda Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin 30 illik işğalı zamanı buradakı tarixi-mədəni irsin tamamilə dağıdıldığı, mədəni və dini irsin yer üzündən silindiyi, yaxud mənimsəməyə məruz qaldığı diqqətə çatdırılıb. Bölgədə 1000-dən artıq tarixi abidə, o cümlədən 60-dan çox məscidin yerlə-yeksan edilib dağıdılması diqqətə çatdırılıb.
Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan hərbi birləşmələrinin qalıqları Azərbaycan ərazilərində təhlükəsizliyə və sülhə təhdid yaradırdı. Belə ki, 2020-ci ilin noyabr ayından Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan hərbi birləşmələrinin yerləşdirdiyi minalar nəticəsində əksəriyyəti mülki şəxslər, o cümlədən jurnalistlər də olmaqla 300-dən çox azərbaycanlı həlak olub.
Buna görə də Azərbaycan ötən həftə lokal antiterror tədbirlərinə başlamaq qərarına gəlib və 24 saat ərzində qanunsuz qüvvələrin təslim olmasına və tərksilah edilməsinə nail olub, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiya prosesinə başlanılıb. Bu çərçivədə Azərbaycan hökuməti yerli sakinlərə lazımi humanitar yardım göstərir və təhlükəsiz və dinc reinteqrasiya prosesini təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçirir.
Sonda nazir Şuşanın 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar qonaqları Şuşa ilə bağlı videomateriala baxmağa dəvət edib. Şuşa şəhərinin mötəbər tribunadan videotəqdimatı olub.
Ötən il ölkədə yanğınlarda 40 nəfər ölüb
19:11 / 08-02-2025
Robot Çobanlar: Süni İntellektlə Heyvanların İdarə Edilməsi
18:02 / 08-02-2025
DNT Analizi ilə Heyvan Cinslərinin Təkmilləşdirilməsi
17:29 / 08-02-2025
Heyvan Peyininin Alternativ Enerji Mənbəyi Kimi İstifadəsi
17:00 / 08-02-2025
Genetik İnkişafla Daha Sürətli Böyüyən Mal-Qara Yetişdirilməsi
16:31 / 08-02-2025
Heyvandarlıqda Blokçeyn Texnologiyası: Qida Təhlükəsizliyində İnqilab
16:16 / 08-02-2025
Robotlarla Süd Sağımı: Yeni Nəsil Avtomatlaşdırılmış Fermalar
16:14 / 08-02-2025
Alternativ Yem Mənbələri: Mikroalq və İnək Yemi Sənayesində Yeni Dövr
16:00 / 08-02-2025
Azərbaycanın hərbi dənizçiləri Pakistanda çoxmillətli təlimdə iştirak edir
15:13 / 08-02-2025
Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək
15:00 / 08-02-2025
HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib
14:46 / 08-02-2025
İtkin düşən təyyarənin sərnişinlərinin hamısı həlak olub
12:50 / 08-02-2025
Pensiyalarla bağlı vacib MƏLUMAT
12:14 / 08-02-2025
Kafe qumarxana çıxdı - 5 nəfər tutuldu
12:04 / 08-02-2025
“Veteran pulu” nə vaxt artırılacaq?
11:58 / 08-02-2025
XİN: Kiyev Azərbaycan qazının tranzit imkanları üzərində işləyir
11:37 / 08-02-2025
Məhkəmə Trampın USAİD-lə bağlı qərarını blokladı
10:55 / 08-02-2025
DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü - ehtiyyatlı olun
10:49 / 08-02-2025
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
10:02 / 08-02-2025
Toxumçuluqda Süni İntellekt: Dəqiq Seçim və Yüksək Məhsuldarlıq
22:13 / 07-02-2025
İqlimə Dözümlü Yeni Meyvə Sortları: Genetik Tədqiqatların Nəticələri
22:00 / 07-02-2025
Nano-Kapsul Texnologiyası ilə Toxumların Gücləndirilməsi
21:44 / 07-02-2025
Biomühəndisliklə İnkişaf Etdirilmiş Super Toxumlar
21:18 / 07-02-2025
Heyvaçılıqda Yeni Seleksiya Növləri: Daha Şirin və Dözümlü Heyva Sortları
21:00 / 07-02-2025
Avtomatlaşdırılmış Meyvə Yığım Robotları: Fermerlər üçün Yeni Çözüm
21:00 / 07-02-2025
Toxumların DNT Marker Analizi: Keyfiyyət və Verimlilik Təhlili
20:46 / 07-02-2025
Avtomatlaşdırılmış Toxum Yetişdirmə Sistemləri: Laboratoriyadan Tarlaya
20:21 / 07-02-2025
Nazir: "Azad edilmiş ərazilərdə 1000-dən çox tarixi abidə, 60-dan çox məscid yerlə-yeksan edilib"
Bölməyə aid digər xəbərlər
"Azad edilmiş ərazilərdə 1000-dən çox tarixi abidə, 60-dan çox məscid yerlə-yeksan edilib".
Tarix: 1-10-2023, 17:30 Oxunub: 343
Bölməyə aid digər xəbərlər
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
5-03-2023, 08:00
"Bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır"
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
15-11-2022, 11:41
Mehriban Əliyeva xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlayıb
30-10-2022, 17:40
Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri ilə görüşüb
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
10-08-2022, 09:16
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak ediblər
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
22-05-2022, 10:26
CESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb
20-02-2022, 21:37
Kamaləddin Qafarov: “Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlü fəaliyyətinin dəfələrlə şahidi olub”
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
23-12-2021, 10:50
Leyla Əliyeva sərgidə iştirak edib - FOTO
18-10-2021, 20:03
Azərbaycan və Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib - FOTO
18-10-2021, 12:46
Prezident Qətərin Baş nazirinin müavini ilə görüşdü
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
3-07-2021, 17:49
Leyla Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM