Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Baxış: 352



Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.
Nazirlikdən "sahibkartv.az"a verilən məlumata görə, avqustun 8-də keçirilən iclasda nazirlikdə vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 21 aprel 2022-ci il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı Aytən Elxan qızı Rəhimlinin, Səbinə İlqar qızı Əhədlinin və Şəmsiyyə Zakir qızı Əzizlinin apellyasiya şikayətlərinə baxılıb.
İclas zamanı adları çəkilən namizədlərin müsahibələrlə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzinin 3 avqust 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. Sonda Apellyasıya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilib.
Aytən Elxan qızı Rəhimlinin şikayəti ilə bağlı qəbul edilən Qərara əsasən 15 iyul 2022-ci il tarixində onunla keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək namizəd iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilib.
Səbinə İlqar qızı Əhədlinin və Şəmsiyyə Zakir qızı Əzizlinin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən isə həmin namizədlərlə müvafiq olaraq 15 və 20 iyul 2022-ci il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.