18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə Azərbaycan dövləti qarşısında çətin və bir o qədər də məsuliyyətli bir vəzifəni qoydu: işğaldan azad edilmiş ərazilərin bərpası və sürətlə Azərbaycan iqtisadiyyatına inteqrasiyası.
Artıq bu istiqamətdə intensiv şəkildə aparılan işlər günü-gündən regionun iqtisadi potensialının bərpası və inkişafına şərait yaradır.
Ancaq bu o demək deyil ki, ölkədə bütün diqqət məhz işğaldan azad edilmiş ərazilərə yönəldilib. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət məhz ölkənin bütün regionlarının, şəhərlərinin iqtisadi imkanlarının artırılması, əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına yönəlib.
Bu mənada Gəncə şəhərinin adı da xüsusilə qeyd edilməlidir. Azərbaycanın həm ərazisi, həm də əhalisinin sayına görə ikinci böyük şəhəri olan Gəncə ölkə iqtisadiyyatı üçün mühüm mərkəzlərdən biridir.
Şəhər ərazisində 617 idarə və müəssisə, o cümlədən 298 iri, orta və 319 kiçik müəssisə fəaliyyət göstərir. Bunlardan 52 bank filialı və bank olmayan kredit təşkilatı, “Azərpoçt” MMC-nin Gəncə Regional Poçt Filialı, onun 21 poçt şöbəsi və Müştəri Xidmətləri şöbəsi, Gəncə Telekommunikasiya İdarəsi, 12 ATS, 12 mehmanxana, 150-dən çox digər ticarət və xidmət obyektləri fəaliyyət göstərir.
Şəhərin ən mühüm və iri sənaye obyektləri “Azəralüminium” MMC, “Gəncə avtomobil zavodu” İB, “Gəncə Şərab-2” ASC-dir.
Bütün bunlarla yanaşı, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əsasında şəhərdə onlarla yeni layihələrin icrası nəzərdə tutulur, planlaşdırılır və bir sıra layihələrin icrasına isə artıq başlanılıb.
Gəncə şəhərinin iqtisadi potensialı daim Azərbaycan dövləti tərəfindən diqqət mərkəzində saxlanılır. Şəhərdə mövcud infrastrukturun yaxşılaşdırılması, yeni layihələrin icrasına başlanılması və artıq atılmış addımların öz müsbət nəticələrini göstərməyə başlaması yaxın gələcəkdə Gəncənin daha da inkişafına, əhalisinin rifah halının daha da yüksəlməsinə əsaslı zəmin hazırlayacaq.
Gəncə şəhəri artıq öz müasir tarixinin ən əhəmiyyətli missiyalarından biri üçün də istinad nöqtəsinə çevrilib, desək, yanılmarıq. Belə ki, şəhər bir növ Azərbaycanın işğaldan azad edilmiş bölgələri ilə körpü rolunu oynayır. Buna səbəb isə ilk növbədə Gəncənin coğrafi mövqeyidir. Bu mövqe onu ilk növbədə Kəlbəcərlə əlaqələr üçün körpü rolunu üzərinə götürməyə sövq edir.
Məhz bu məqam dövlət başçısının Gəncə şəhərinə son səfəri zamanı da diqqətə çatdırılıb.
“Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır”, - dövlət başçısı bildirib.
Dövlət başçısının dediyi kimi artıq Gəncə şəhəri Azərbaycanın gələcəyi, iqtisadiyyatının çoxşaxəli inkişafı üçün xüsusi rol oynamaqdadır. Gəncə artıq Azərbaycanın Gürcüstanla ticarət əlaqələrində olduğu kimi Qarabağla da mühüm qovşaq rolunu daşıyır.
Təbii ki, Gəncənin iqtisadi potensialı barədə danışarkən şəhərin turizm potensialını da gözardı etmək olmaz. Gəncənin populyar turizm məkanlarından bəhs edərkən Nizami məqbərəsi, Gəncə qapıları, Şah Abbas məscidi, İmamzadə türbəsi, Butulkalı ev, Heydər Əliyev Parkı, Göygöl Milli Parkı və Cavad xan türbəsini qeyd etmək olar.
Xüsusilə Göygöl Milli Parkı kimi əsrarəngiz təbiət möcüzəsinin, şəhərin zəngin tarixini göz önünə sərən abidələrin varlığı Gəncənin iqtisadiyyatında gələcək illərdə bu sahənin xüsusi çəkiyə sahib olacağını söyləməyə əsas verir.
Sözsüz ki, şəhərdə turizm sektorunun inkişafı öz növbəsində digər xidmət sahələrinin də inkişafına təkan verəcək.
Bütün bunlar ümumilikdə Gəncə şəhərinin gələcək iqtisadi mənzərəsini formalaşdıracaq amillərdir. Sözsüz ki, dövlət tərəfindən qarşıya qoyulmuş məqsədlərə çatılması və planların həyata keçirilməsi nəticəsində Gəncə bundan sonra da mövcud iqtisadi imkanlarını daha da artıracaq və azad edilmiş ərazilərin iqtisadiyyatının ölkə iqtisadiyyatına inteqrasiyasının mühüm dayaq nöqtələrindən birinə çevriləcək. Bu isə təbii olaraq şəhər əhalisinin maddi-sosial təminatının yaxşılaşmasına səbəb olacaq.
Bölməyə aid digər xəbərlər