17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Bu gün Goranboy rayon İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində yerləşən N-saylı hərbi hissənin birində 26 iyun Silahlı Qüvvələrin yaradilmasının 103 illiyinə həsr olunmuş
"Zəfərin Mübarək Doğma Vətən" adlı tədbir kecirilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Millət Vəkili Anar Məmmədov, Hüquq mühafizə orqanlarının əməkdaşları, Şəhid ailələri, Qazilər, hərbiçilər, ziyalılar və rayon fəalları iştrak etmişdir. Tədbiri giriş sözü ilə açan İcra başçısı Məhərrəm Quliyev Ordumuzun yaradılma tarixinə nəzər salaraq onların bu gün əldə etdiyi Qələbədən geniş söhbət açdı. Ordu quruculuğunun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu və 44 günlük Vətən Müharibəsində düşmənə layiqli zərbələrin vurulduğu işğal altında olan torpaqlarımızın azad olunması Qələbə sevincinin yaşanması sübut etdi ki, Ali Baş Komandanın dəmir yumruğu Müzəffər Azərbaycan Ordusunun gücü naminə azadlığımıza qovuşduq deyə İcra başçısı vurğulamışdır.
Tədbirdə çıxış edən Millət Vəkili Anar Məmmədov 103 illiyin 44 gündə göstərdiyi igidlikdən danışaraq bütün Azərbaycan Silahlı Qüvvələrində xidmət edən Zabit Gizirləri, Əsgər və Çavuşları bayram günü münasibəti ilə ürəkdən təbrik etdi. Biz azad xalqiq bizim güclü ordumuz var bu ordunun gücü naminə azadlığımıza qovusduq. Azərbaycan xalqı sevinir ki, Üç rəngli Bayrağımız düşmən tapdağından azad edilən rayonlarımızda dalğalandı. Bu sevinci bizlərə yaşadan Ali Baş Komandanımıza və Müzəffər Azərbaycan Ordusuna minnətdariq deyə Millət Vəkili bildirmişdir.
Tədbirdə Şəhid ailələri,Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Tədbirdə 44 günlük Vətən Müharibəsində igidlik,cəsurluq nümaiş etdirmiş hərbi qulluqçularımız ölümündən sonra Şəhidlərimiz və 44 günlük Vətən Müharibəsində igidlik göstərmiş Qazilərimiz Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən təltif olunduqları medalların təqdimat mərasimidə keçirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən isə bir qrup hərbiçilərimiz Fəxri fərman və hədiyyələrlə təqdim edilmişdir.
Sonda 44 günlük Vətən Müharibəsində qanları ilə tarix yazan Şəhidlərimizin Analarına İcra başçısı Məhərrəm Quliyev və Millət Vəkili Anar Məmmədov tərəfindən Azərbaycan Qadınlarının Şərəf və Namus Simvolu olan Kəlağayılar və qızıl gül təqdim olunmuşdur.
PS: Birinci Qarabağ Müharibəsi Veteranı, Fəlsəfə Üzrə Doktor, Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə Baş Məsləhətcisi Gündüz Hacıyev hərbi hissə komandiri tərəfindən 44 günlük Vətən Müharibəsində cəbhə bölgəsində hərbicilərimizə göstərdiyi diqqət və qayğıya görə "Fəxri Fərmanla" təltif edilmisdir.
Bölməyə aid digər xəbərlər