Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı-Video-Yenilənib

Baxış: 234
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı-Video-Yenilənib


Gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində - “Neftçilər” metro stansiyası yaxınlığında insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, gənc oğlan sərxoş halda gecə klubundan çıxaraq 10 DK 111 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili yaxınlıqdakı mağazaya çırpıb. Bu zaman onunla birgə olan qadın yola çıxaraq dava-dalaş salıb. Əlbəyaxa dava və təhqiramiz ifadələrlə müşayiət edilən hadisə ətrafdakıların diqqətini çəkib və narahatlığa səbəb olub.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən avtomobil polis əməkdaşları tərəfindən mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Araşdırmanın nəticəsindən asılı olaraq, mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət veriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.