Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azad olunan ərazilərə ilk kimlər köçürüləcək? - AÇIQLANDI

Baxış: 366

"Məcburi köçkünlərin böyük əksəriyyəti birmənalı olaraq öz şəhərlərinə, rayonlarına, kəndlərinə qayıdacaqlar".
Sahibkartv.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, Ermənistanın işğalından azad olunmuş ərazilərdə şəhərlər və kəndlər abadlaşdırıldıqdan sonra oraya ilk növbədə məhz daimi yaşayış yeri ilə təmin edilməmiş vətəndaşlar köçürələcək.

"Kifayət qədər müasir şəraitdə yaşayan məcburi köçkünlər də həmin ərazilərə qaytarılacaq, lakin biz ilk növbədə yaxşı şəraitdə yaşamayan insanlara kömək edəcəyik”, - deyə, Dövlət Komitəsinin sədri bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.