Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanda adambaşına düşən ÜDM-in dəyəri 5 550 manata çatıb

Baxış: 330
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR-da 2 557 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1% çoxdur.
Bu barədə Sahibkartv yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri isə 2 % artaraq 5 550 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 967,2 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 949 milyon manat vəsait yönəldilib. Bu,bir il öncəki göstəricidən 1% çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 899,5 milyon manatı və yaxud 94,8%-i tikinti-quraşdırma işlərinin payına düşüb. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.