Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Emin Hüseynov: "Son 3 ildə Qarabağda atılan addımlar səmərəli olub"

Baxış: 334


Son 3 ilin təcrübəsi göstərir ki, Qarabağ iqtisadi rayonunda atılan addımlar səmərəli olub.
"Sahibkartv.az " xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Şəhərsalma Həftəsi 2023” çərçivəsində Bakıda təşkil olunmuş "Ümumdünya Məskunlaşma Günü" Forumunda bildirib.
"Biz əsas maraqlı tərəfləri, münaqişənin təsirinə məruz qalan məqamları müəyyənləşdirməliyik. Əhalinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi üçün proqram hazırlanıb. Bu proqram özündə müfəssəl yol xəritəsini ehtiva edir. Həmin proqramda dövlət qurumlarının fəaliyyəti öz əksini tapıb. Proqramda yekun məsələlər də öncədən planlaşdırılıb. Belə ki, hadisələr öz hədəfindən çıxa bilir. Belə anlar olduqda biz baş verən hadisələrin detallarını nəzərə almalıyıq. Risklər də göz önündə tutularaq tədbirlər görülməlidir. Ən mühüm məsələ qarşılıqlı məlumatlandırma olmalıdır", - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.