Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Adrian Griffits: "Cəbrayıl və Şuşada elektrik avtobuslar, velosipedlər üçün yollar olacaq"

Baxış: 344


Cəbrayıl və Şuşa şəhərlərində elektrik avtobuslar və velosipedlər üçün ayrı yollar olacaq.
"Sahibkartv.az" xəbər verir ki, bunu şəhərlər üzrə dizayner Adrian Griffits “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhər inkişafının idarə edilməsində şəhər hərəkətliliyinin əhəmiyyəti” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda deyib.
"Cəbrayıl və Şuşada yol infrastrukturunun qurulmasında iştirak edirəm. Hər iki şəhərdə elektrik avtobuslarının və velosipedlərin hərəkəti üçün şərait yaradılır. Velosiped yolunu yaradan zaman bunun üçün parklanmanı, təhlükəsizliyi təmin etmək vacibdir. Əsas diqqət etdiyimiz məqamlardan biri də velosiped yollarının yaşıllıq, mənzərəli yerlərdən salınmasıdır. Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturu insanlar üçün təhlükəsiz, təmiz olmalıdır", - A.Griffits bildirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.