Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xaçmaz-Xudat yolunda körpü uçub, maşın çaya düşüb

Baxış: 430


Xaçmaz-Xudat yolunda körpü uçub, maşın çaya düşüb


"İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub". 
Sahibkartv.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib.

XXX
Gəndob-Yalama yolunun 27-ci km-də, Xaçmaz-Xudat yolunun Qudyalçay üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.
Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların Heybetov Elisafa Abas oğlu (1966-cı il), Qarayev Efsun Esger oğlu (1984-cü il) və Səfərəliyev Elvin Tofiq oğlu (1999-cu il) olduğu bildirilir.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, bir neçə istiqamətdə alternativ yollar istifadəyə verilib.
Komissiya sədrinin sözlərinə görə, körpünün uçmasına səbəb kimi aramsız yağan yağışlar nəticəsində çayda suyun artması və bu səbəbdən körpünün dayaqlarından birinin aşınması olduğunu bildirib.
XXX
Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.
Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var.
Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.
© APA

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.