22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Rusiya-Ukrayna müharibəsi fonunda 1-cinin ölkədən buğda ixracına qadağa qoyması qonşu ölkənin strateji məhsulunun əsas alıcılarından olan Azərbaycanda narahatlıqla izlənilir. Artıq bir sıra yerli ekspertlər həyəcan təbili çalaraq hökuməti rus taxılına alternativlər tapmağa səsləyir. Onların fikrincə, hələ ki, ölkə ərzaq buğdasına tələbatını tam ödəmək iqtidarında deyil və Rusiya hökumətinin qərarı Azərbaycanda qıtlığa səbəb ola bilər. "Sahibkartv.az" bu məsələnin aktual olduğunu nəzərə alaraq Azərbaycanın buğda istehsalı və idxalı ilə bağlı vəziyyəti araşdırıb.
Rəqəmlər nə deyir?
2021-ci ildə Azərbaycanda 1,9 milyon tona yaxın buğda istehsal edilib. Bu, 2020-ci illə müqayisədə təxminən 1% çox olsa da, ölkənin tələbatından azdır. Belə ki, Azərbaycanın buğdaya olan illik tələbatı 3 milyon tondan bir qədər çoxdur. Son nəticədə ölkə hər il 1 milyon tondan çox buğda idxal edir. Bunun isə 90%-dən çoxu Rusiyadan, cüzi hissəsi isə Qazaxıstandan gətirilir.
"Azərbaycan Rusiyadan idxala alternativ axtarmaqdansa ..."
Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucov hesab edir ki, Azərbaycan Rusiyadan idxala alternativ axtarmaqdansa yerli istehsalı bir qədər də inkişaf etdirib ozünün buğda asılılığına son qoymalıdır. Amma kəmiyyətlə yanaşı, keyfiyyətə də diqqət yetirilməlidir: "Hazırda Azərbaycanda buğda istehsalı üzrə məhsuldarlıq hər hektardan 32 sentnerdir. Bunu ilkin mərhələdə azı 40 sentnerə çatdırmalıyıq. Bundan başqa, buğda istehsalının həcmi tələbatın 60%-i qədər olsa da, bunun təxminən yarısı keyfiyyət meyarlarına cavab vermir. Keyfiyyətli buğda üçün elmi əsaslara söykənən istehsalın qurulması vacib şərtlərdəndir. Buna nail olsaq, ölkədə istehsal edilən buğdanın hamısı ərzaqlıq olacaq".
"Taxıl istehsalına subsidiya artırılsın"
Ekspertin fikrincə, Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək, yerli fermerləri taxıl əkməyə stimullaşdırmaq üçün taxıl istehsalına subsidiya artırılmalıdır: "Taxılçılığın inkişafı bizim üçün prioritet məsələdir. Subsidiyaların məbləği ölkənin strateji məhsullara ehtiyacının ödənilməsi hədəflərinə uyğun olmalıdır. Taxıl istehsalına subsidiyanın artırılması bu sahə xüsusi töhfə verə bilər.
Azərbaycanda "Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı" çərçivəsində müasir tipli elavatorlar qurulub. Bunlar bizim ən böyük avantajlarımızdan biridir. Yəni, istehsal edilən məhsulun saxlanması vacib amildir. Ancaq bugünkü istehsal səviyyəmiz ölkənin taxıla olan tələbatının ödənilməsində hələ qaneedici deyil".
Nazirlikdə deyirlər ki, ...
Kənd Təsərrüfatı Nazirliyində də yerli ekspertlərin buğda istehsalı ilə bağlı narahatlığını başa düşürlər, bununla belə deyirlər ki, Azərbaycan tədricən buğdaya olan tələbatın tam ödənilməsi hədəfinə doğru gedir. Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirir ki, bu istiqamətdə bir sıra işlər görülüb və görülür: "Fermerlərə aqro-texniki qaydalara riayət edilməsi ilə bağlı təlimlər təşkil etmişik. Orta və iri şirkətlərin pilot suvarma sistemlərinin tətbiqi ilə məhsuldarlığı artırması hesabına bu il buğda istehsalında məhsuldarlığın artmasını gözləyirik. İşğaldan azad edilmiş ərazilərdəki əkin sahələri də öz töhfəsini verəcək. Bu il üçün 1 milyon hektardan çox ərazidə payızlıq dəmyə əkinləri həyata keçirilib. Bunun 602 min hektarı buğdadır, 400 min hektarı arpadır. Bu isə ötən illə müqayisədə 1,2% artım deməkdir. Normal qaydada əkin prosesi həyata keçirilib”.
Bölməyə aid digər xəbərlər