17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə edib. İqtisadi müstəqilliyin tam təmin edilməsi məqsədilə çoxvektorlu iqtisadi siyasət, uzun və ortamüddətli kompleks tədbirləri özündə əks etdirən geniş iqtisadi və sosial proqramlar həyata keçirilməklə düzgün və mükəmməl idarəetmə modeli tətbiq edildi.
Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafın, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən görülmüş əməli işlər çərçivəsində beynəlxalq və regional təşkilatlarla, eyni zamanda Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq maliyyə institutları ilə Azərbaycan hökuməti arasında etimada və qarşılıqlı hörmətə əsaslanan iş münasibəti formalaşıb.
Ölkəmiz sadəcə öz sərhədləri daxilində iqtisadi islahatlar həyata keçirməklə kifayətlənmir, eyni zamanda beynəlxalq platformalarda da dünya dövlətləri ilə səmərəli əməkdaşlıq edir, öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.
Bu gün milyonlarla insanın yaşayışına təsir edən COVID-19 pandemiyası nəticəsində qlobal iqtisadi böhranın, yoxsulluğun davamlı olaraq artdığı, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi və hərbi münaqişələrin davam etdiyi, habelə innovasiyaların tətbiqi ilə rəqəmsallaşma səviyyəsinin yüksəldiyi dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan bir sıra mötəbər beynəlxalq platformalar şübhəsiz ki, gündəmdə olan bir çox məsələlərin müzakirəsinə və yeni çağırışlara cavab verən vacib qərarların qəbuluna əlverişli mühit yaradırlar.
Bu beynəlxalq platformalardan biri də əsası 1971-ci ildə qoyulan, Azərbaycanın isə müstəqilliyini əldə etdikdən sonra ilk dəfə 1995-ci ildə iştirak etdiyi Davos Dünya İqtisadi Forumudur.
Forum dünyanın iqtisadi mənzərəsinin formalaşmasında önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.
Artıq heç kəsə sirr deyil ki, bu gün yaşadığımız dünya əvvəlki kimi deyil. Yeni dünya düzənini xarakterizə edən əsas xüsusiyyətlərdən biri də rəqəmsallaşma tendensiyalarının artımıdır. Qeyd edim ki, rəqəmsallaşma və onun gətirəcəyi dəyişikliklərin miqyası, həcmi və mürəkkəbliyi bəşəriyyətin bütün əvvəlki təcrübələrindən ciddi şəkildə fərqlənir.
Ölkəmizin bu qlobal çağırışlara hazırlığının yüksək səviyyədə təmin edilməsi hətta pandemiyadan öncə də dövlət gündəliyində mühüm yer tutur və Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən bu istiqamətdə ardıcıl addımlar atılırdı.
Beynəlxalq arenada Azərbaycanı nümunəvi ölkə kimi tanıdan Prezident İlham Əliyev ilk dəfə Davos Dünya İqtisadi Forumunun 2007-ci ildə keçirilmiş iclasında iştirak etmiş, keçən müddət ərzində qlobal əhəmiyyətli bir sıra təşəbbüslərlə yadda qalıb.
Bu məcrada Prezidentin 2020-ci ildə keçirilən Forumda Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması barədə imzaladığı Niyyət Protokolunu xüsusilə vurğulamaq olar. Bu əlamətdar hadisə və onun gələcək müsbət təsirləri ölkə rəhbərliyinin Azərbaycanı dünyamızda baş verən dəyişikliklərin lokomotiv qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlirdi.
Ötən iki ildə dünyada və ölkəmizdə baş verən hadisələrə baxmayaraq cari ilin fevral ayının 23-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin iştirakı ilə MDB məkanında ilk dəfə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Bakıda mərkəzinin açılışı Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensialın mövcud olduğunun bariz nümunəsidir.
Dünyada az sayda olan Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda fəaliyyətə başlaması siyasi və iqtisadi müstəqilliyimizin daha da möhkəmlənməsi, eyni zamanda milli iqtisadiyyatın bundan sonra rəqəmsallaşmanın müasir çağırışlarına uyğun şaxələndirilməsi və ölkəyə əlavə investisiyaların cəlb edilməsi, habelə yeni iş yerlərinin, xüsusilə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Həyata keçirilən tədbirlərin yerli qanunvericiliyə uyğunlaşdırılması və idarə olunması yeni qanun layihələri təşəbbüslərinin iştirakını vacib edir, eyni zamanda qlobal iqtisadi yeniliklərin daha düzgün idarə olunması isə bu sahədə olan qanunvericiliyin daha da təkmilləşməsini diktə edir. Yaradılmış Dördüncü Sənaye İnqilabı mərkəzi Ali qanunvericilik orqanının - Milli Məclisin iqtisadi siyasət blokunun deputatları, mütəxəssisləri tərəfindən diqqətdə saxlanılmalıdır.
Bölməyə aid digər xəbərlər