20:45 / 03-12-2024
20:21 / 03-12-2024
19:47 / 03-12-2024
19:23 / 03-12-2024
18:51 / 03-12-2024
18:20 / 03-12-2024
17:39 / 03-12-2024
17:00 / 03-12-2024
16:41 / 03-12-2024
16:00 / 03-12-2024
15:30 / 03-12-2024
14:00 / 03-12-2024
13:39 / 03-12-2024
13:39 / 03-12-2024
13:16 / 03-12-2024
13:02 / 03-12-2024
12:19 / 03-12-2024
12:09 / 03-12-2024
12:05 / 03-12-2024
12:01 / 03-12-2024
11:56 / 03-12-2024
11:41 / 03-12-2024
11:17 / 03-12-2024
11:13 / 03-12-2024
11:08 / 03-12-2024
11:03 / 03-12-2024
10:45 / 03-12-2024
10:40 / 03-12-2024
10:04 / 03-12-2024
09:59 / 03-12-2024
09:45 / 03-12-2024
09:39 / 03-12-2024
Ekspertlər deyirlər ki, artan neft gəlirlərinin idarəedilməsində ehtiyatlı davranmaq lazımdır. Artan gəlirlər, əsasən, insan kapitalının inkişafına, sahibkarların maliyyəyə əlçatanlığının təmin olunmasına yönəldilməlidir.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Azərbaycan kütləvi şəkildə peşəkar və keyfiyyətli təhsil almış kadrlara ehtiyac duyur. Neft vəsaitlərinin əhəmiyyətli hissəsini bu istiqamətdə sərf etmək olar. Çünki bunun yaradacağı əlavə dəyər gələcəkdə onun indiki xərclərindən qat-qat üstün olacaq.
Ölkəmizdə 2022-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 ABŞ dolları nəzərdə tutulub. Hazırda isə brent markalı neftin qiymətində 90 dollardan yuxarı rəqəmləri görürük.
Dünya Bankının hesablamalarına görə, 2021-ci ildə qlobal bazarda xam neftin bir barelinin orta qiyməti 69 ABŞ dolları təşkil etmişdisə, 2022-ci ildə sözügedən göstəricinin 74 dollar olacağı proqnozlaşdırılır. Ümumiyyətlə, beynəlxalq agentliklər də neftin qiymətləri ilə bağlı proqnozlarında bu il rəqəmlərin daha yüksək olacağını bildirirlər.
Mərkəzi Bankın sədri Elman Rüstəmov da son açıqlamasında bildirmişdi ki, neftin qiymətinin büdcədə nəzərdə tutulandan əhəmiyyətli dərəcədə yüksək olması ölkəmiz üçün əlavə valyuta ehtiyatı yaradacaq.
İlin əvvəlidir, qiymətlər yüksəkdir. Belə davam etsə, ölkəyə daxil olan əlavə valyutanı necə xərcləməliyik?
İqtisadçı Rəşad Həsənov deyir ki, neftin qiymətinin bahalaşması birbaşa olaraq dövlət büdcəsində əlavə böyük gəlirlərin yaranmasına gətirib çıxarmayacaq:
“Neft vəsaitlərinin xərclənməsi ilə bağlı Azərbaycanda mövcud olan mexanizmə görə dünya bazarlarında cari il ərzində satılan neftin qiymətinin hansı səviyyədə olmasının dövlət büdcəsinin gəlirlərinə təsiri çox zəifdir. Çünki neftin satışından əldə olunan vəsait yox, o vəsaitin vergisi büdcəyə yönəlir. Bu da təxminən dövlət büdcəsinin 8 faizini təşkil edir”.
R.Həsənovun sözlərinə görə, Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfer rəqəmi hazırda çox şişdiyi üçün bu istiqamətdə artımlara gedilməsi də gözlənilmir:
“Neft gəlirləri hovuza - Dövlət Neft Fonduna toplanır. Hökumət fiskal planlama zamanı fonddan büdcəyə transfert nəzərdə tutur. 2022-ci ildə də nəzərdə tutulmuş transfert təxminən 13 milyard dollardır. Hökumətin də orta və uzunmüddətli strategiyası neft gəlirlərinin büdcəyə təsirinin nisbətən neytrallaşdırılması istiqamətində olduğuna görə düşünmürəm ki, gələcək illərdə bu istiqamətdə köçürmələr artırılsın”.
İqtisadçı bildirdi ki, neftin qiymətinin necə olması növbəti dövr üçün hökumətin xərcləmələrinə müəyyən təsirlər göstərə bilir:
“2015-ci il təcrübəsi göstərdi ki, neft gəlirləri azalanda hökumət fiskal (büdcə-vergi) daralmaya, kəsintilərə gedir, büdcəni azaldır. Əgər neft qiymətləri bahalaşırsa, o zaman ekspansiyaya (genişlənmə) gedir”.
Neft Fondunun əlavə gəliri necə xərcləməli olmasına gəlincə, R.Həsənov deyir ki, ölkənin kifayət qədər qayğıları var. Konkret diqqət olunmalı istiqamətlərdən danışan iqtisadçı ilk olaraq ölkədə insan kapitalının inkişafı məqsədilə genişmiqyaslı proqramlar həyata keçirilməsinin vacib olduğunu bildirdi:
“Peşəkar kadrların formalaşması, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı iri vəsaitlər ayrılmalıdır. Çünki dünyada zəngin ölkələr yalnız təbii sərvətləri ilə zəngin ola bilmir. Bu gün beyinlərlə zəngin olma dövrüdür. Nəzərə alsaq ki, rəqəmsal iqtisadiyyatdan, sürətli dijitallaşmadan söhbət gedir. İnnovasiyanın iqtisadiyyatda əhəmiyyəti sürətlə artır. Belə dövrdə Azərbaycan kütləvi şəkildə peşəkar və keyfiyyətli təhsil almış kadrlara ehtiyac duyur. Bu istiqamətə neft vəsaitlərinin əhəmiyyətli hissəsini sərf etmək olar. Çünki bunun yaradacağı əlavə dəyər gələcəkdə onun indiki xərclərindən qat-qat üstün olacaq”.
R.Həsənov deyir ki, sahibkarların maliyyəyə əlçatanlığının təmin olunması istiqamətində də resurs sərf edilməsi zəruridir:
“Azərbaycanda bu gün iqtisadiyyatın şaxələndirilməsi əsas prioritetlərdən biri hesab olunsa da, bu istiqamətdə mühüm problemlərdən biri sahibkarlar üçün maliyyə əlçatanlığı məsələsidir. Neft Fondunun vəsaitlərinin hansısa formada daha ucuz faizlərlə kredit mexanizmləri yaratmaqla iqtisadiyyatın inkişafa yönləndirilməsi mümkündür. Düzdür, müəyyən yanaşmalara görə vəsaitlərin bazara daxil olması özü ilə bərabər dəyərsizləşmə və inflyasiya gətirir, amma bu da müəyyən hədd çərçivəsində tənzimlənə bilən bir problemdir”.
İqtisadçı hesab edir ki, Neft Fondu birbaşa olaraq innovasiyanın və startapların dəstəklənməsi ilə bağlı xüsusi proqramlar hazırlaya, icra edə bilər:
“Fondun vəsaitlərinin xərclənməsi ilə bağlı xüsusi qaydalar var və bu şərtlər orada nəzərdə tutulmayıb. Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı qaydalarının da dəyişdirilməsinin zamanı artıq çatıb. Bu qaydalar daha da təkmilləşdirilməli və yeni çağırışlara uyğunlaşdırılmalıdır. Çünki bugünkü təcrübə onu göstərir ki, iqtisadiyyatın inkişafının əsasında dayanan əsas faktorlardan biri də məhz yeniliyə açıq olma, startapların dəstəklənməsi və onların potensial imkanlarının üzə çıxarılması istiqamətində hökumətlərin qoyduğu mövqedir”.
İqtisadçı sonda qeyd etdi ki, neftin tükənən sərvət olduğunu unutmamalı, gəlirlərdən qeyri-neft sahələrinin inkişafı üçün səmərəli şəkildə istifadə etməliyik:
“Neftin qiymətinin bahalaşması o demək deyil ki, neftin gəlirlərini 2007-2008-ci illər səviyyəsində artıra biləcək. Çünki bu gün Azərbaycan neft hasilatının azalması riski ilə üz-üzədir. Artıq hasilat 50 milyon tondan 35 milyon tona qədər azalıb. Proses davam edir. Eyni zamanda neftin əldə edilməsi xərcli prosesdir. Çünki indi dərinlikdəki neftin çıxarılması işləri gedir və bu da maya dəyərinin artması deməkdir. Yəni istənilən halda, neft nə qədər bahalaşsa da, bu gün hökumətin əvvəlki illərdə olduğu qədər daha rahat siyasət həyata keçirmək lüksü yoxdur. Amma yenə də "təsirləri olmayacaq” demək doğru deyil. İstənilən halda, təsirləri olacaq. Ümid edirəm ki, daha rasional mövqe ortaya qoyulacaq və iqtisadiyyatın qeyri-neft sahəsinin inkişafı ilə bağlı səmərəli mexanizmlər tətbiq ediləcək”.
Bölməyə aid digər xəbərlər