Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fed-in faiz artırması valyutaların daha da ucuzlaşmasına səbəb ola bilər

Baxış: 234
ABŞ Mərkəzi Bankının (Fed) faizin artırılmasında daha aqressiv olacağına dair siqnalı riskli aktivlərin cəlbediciliyini azalda və inkişaf etməkdə olan ölkələrin milli valyutalarının daha da ucuzlaşmasına səbəb ola bilər.
Marja xəbər verir ki, MSCI İnkişaf etməkdə olan Bazar Valyuta İndeksi 0,3 faiz düşərək üç həftənin ən böyük azalmasını qeyd edib. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliyi 2021-ci ildəki pik həddinə yaxınlaşaraq 1,75%-i keçib.
FED-in dekabr iclasının protokolları göstərdi ki, siyasətçilər pul siyasətini daha tez sərtləşdirməyi və balansı azaltmağı düşünürlər. Bu gözlənti onsuz da dolların bahalaşması, inflyasiyanın artması və Covid-19-a yoluxanların artması ilə mübarizə aparan inkişaf etməkdə olan ölkələrin aktivlərinə, o cümlədən valyutalarına əlavə təzyiq göstərə bilər.
Londondakı "InTouch Capital Markets"in baş valyuta strateqi Piotr Matys bildirib ki, sürətlə artan istiqraz gəlirliliyi inkişaf etməkdə olan bazar aktivlərinin cəlbediciliyini azaldıb. Matys xüsusilə Mərkəzi Bankların hələ faiz artırmağa başlamadığını və mənfi real faiz dərəcələri olan ölkələrin "ən kövrək ölkələr"olacağını bildirib.
Cümə axşamı ən çox ucuzlaşan valyutalar Malayziya ringgiti, Türk lirəsi və Tayland bahtı olub, Rusiya rublu və Cənubi Afrika randı isə dollar qarşısında möhkəmləniblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.