13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunub. Bundan əlavə Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın şəhərlərinin baş planlarının da hazırlanması prosesi başlanıb.
Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinin suallarını cavablayarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib.
O qeyd edib ki, planlaşdırma sənədləri hər hansı bir təşkilatın və ya qurumun fəaliyyətindən ibarət olmur:
“Adətən bu sənəd bir çox dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş formada hazırlanır. Bu işdə də kifayət qədər uğurlu əlaqələndirmə yaranıb.
Bizim qarşımızda duran əsas vəzifə bərpa olunan, yenidən qurulan bütün şəhərlərdə, yaşayış məskənlərində yeni memarlıq simalarının yaradılmasıdır. Hər bir şəhər, yaşayış məskəni özünəməxsusluğu ilə digərindən fərqlənməli və təkrarsız olmalıdır. Bu zaman biz sözsüz ki, tarixi ənənələrə riayət edirik. Çünki bizim qədim memarlıq tariximiz var və bunun da əhəmiyyətli bir hissəsi Qarabağ ərazisində yerləşir. Həm Ağdam şəhərində, həm Şuşa şəhərində və həm də Qarabağdakı digər yaşayış məskənlərimizdə misilsiz memarlıq nümunələri var. Sözsüz ki, bütün bunlardan bəhrələnirik və eyni zamanda dünya təcrübəsini öyrənirik. Hal-hazırda müasir praktikada istifadə olunan memarlıq yanaşmalarını öyrənərək tətbiq etməyə çalışırıq. Əlavə olaraq qeyd edim ki, müxtəlif şəhərlərin planlaşdırılmasında, ayrı-ayrı binaların layihələndirilməsində də müxtəlif müasir yanaşmalar: “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji əraziləri” var. Çalışırıq ki, layihələrimizdə bütün bunlar nəzərə alınsın, nəinki bugünün, həm də gələcəyin yaşayış məskənlərini yarada bilək”.
Bölməyə aid digər xəbərlər