21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inflyasiya ilə mübarizəyə dair açıqlamalarına davam edib.
Sahibkartv.az xəbər verir ki, Ərdoğan Kırşehirdəki iş adamları ilə görüşündə, "İnflyasiyanın gətirib çıxardığı bahalılığı və yaratdığı çətinlikləri bilirik. Rəflərdəki haqsız və həddindən artıq qiymətlərin önünə keçəcəyik", - deyib.
Bir neçə gün öncə də Rəcəb Tayyib Ərdoğan, Kahramanmaraşda etdiyi çıxışında, "İnflyasiyanı ən qısa müddətdə nəzarət altına alaraq rəflərdəki, dəzgahlardakı, etiketlərdəki haqsız və həddindən artıq qiymət artımlarının qarşısını alacağıq" demişdir.
Avqust ayında Türkiyədə istehlakçı inflyasiyası 19,25% səviyyəsində açıqlanıb. Ölkədə inflyasiyaya Mərkəzi Bankın faizindən (19%) yüksəkdir. Türkiyədə qida inflyasiyası 29% ilə 28 ayın ən yüksək səviyyəsinə çatıb.
Artıq Türkiyədə, yüksək qiymətlər ilə əlaqədar olaraq marketlərdə və digər satış mərkəzlərində yoxlamalar aparılır. Yoxlamalarda yüksək qiymətin səbəbi araşdırılır, məhsulun etiket qiyməti ilə kassa qiyməti arasında fərq olub olmadığına, etiket məlumatları ilə endirimli məhsulun əvvəlki qiymətinə və s. baxılır. Qanun pozuntusu aşkar edildikə satış yerləri cərimələnir.
Qeyd edək ki, bir çox iqtisadçılar dövlətin qiymətələrə geniş müdaxiləsini səhv hesab edirlər və bazar iqtisadiyyatında qiymətin tələb və təklif əsasında formalaşmalı olduğunu vurğulayırlar. Bildirilir ki, qida qiymətlərinin təlimatla düşməsi mümkün deyil.
Bir çox sektorlarda xərclər artdığından məhsulların qiymətləri də artırlır. Analitiklər hesab edirlər ki, Türkiyədə yüksək qiymətlərin əsas səbəbi səhv iqtisadi siyasətlərdir, bu məsələdə marketləri günahlandırmaq gülünc görünür.
Türk Lirəsinin kəskin dəyərdən düşməsi, dünya ərzaq qiymətlərinin artması, koronavirus ilə əlaqədar istehsallarda yaranan azalma və fasilələr, peyvəndləmədən sonra iqtisadi bərpa Türkiyədə inflyasiyanı sürətləndirib.
Bölməyə aid digər xəbərlər