20:23 / 27-11-2024
19:41 / 27-11-2024
19:19 / 27-11-2024
18:51 / 27-11-2024
18:20 / 27-11-2024
17:38 / 27-11-2024
17:00 / 27-11-2024
16:43 / 27-11-2024
16:00 / 27-11-2024
15:30 / 27-11-2024
14:43 / 27-11-2024
14:01 / 27-11-2024
14:00 / 27-11-2024
13:50 / 27-11-2024
13:45 / 27-11-2024
13:33 / 27-11-2024
13:13 / 27-11-2024
13:04 / 27-11-2024
12:25 / 27-11-2024
12:21 / 27-11-2024
12:14 / 27-11-2024
11:55 / 27-11-2024
11:35 / 27-11-2024
11:32 / 27-11-2024
10:47 / 27-11-2024
10:30 / 27-11-2024
10:03 / 27-11-2024
09:56 / 27-11-2024
09:53 / 27-11-2024
09:35 / 27-11-2024
İndi biz yalnız südlük iribuynuzlu heyvanları sığortalayırıq. Bir aydan sonra artıq iribuynuzlu ətlik heyvanları da sığortalayacağıq".
Bu barədə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov məlumat verib.
"Eyni zamanda xırda buynuzlu qoyun və quzular, keçilər də sığortalanacaq. Artıq heyvanlarla bağlı yaş məsələsini də dəyişirik və bir il tələbini bir aya salırıq. Bu halda bir ay və yeddi yaş aralığında olan heyvanlar sığortalanacaq", - deyə F.Sadıqov əlavə edib.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi - fermer və iş adamlarına dəstək, onların risklərdən qorunması, aqrar sahənin təhlükəsiz biznes sektoruna çevrilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə 2020-ci ildən tətbiq edilir.
İlk aqrar sığorta müqaviləsi 2020-ci il noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda imzalanıb. 2021-ci ilin iyunun 29-da isə Göygöl rayonunda ilk sığorta ödənişi həyata keçirilib.
Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını (südlük inəkləri) və akvakultura məhsullarını (balıqçılıq təsərrüfatlarını) sığortalamaq mümkündür.
Yaxın vaxtlarda aqrar sığortanın əhatə etdiyi risklərin və sığortalanan məhsulların dairəsinin genişlənəcəyi, ətlik mal-qara, qoyun və keçi təsərrüfatlarının da sığortalanacağı, sığortalanan bitkilərin siyahısınin isə indiki 14-dən 41-ə qaldırılacağı gözlənilir.
Bölməyə aid digər xəbərlər