2021-ci ildə 8,5 ay ərzində, "Qazprom", ilkin məlumatlara görə, 357,7 milyard kubmetr qaz hasil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% (53,9 milyard kubmetr) çoxdur.Sahibkartv.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.
Daxili bazarda "Qazprom" tədarükü 14,8% (21,3 milyard kubmetr) artırıb. Eyni zamanda, MDB-dən kənar ölkələrə ixrac 138,6 milyard kubmetrə yüksəlib.
2021-ci ildə "Qazprom" qaz hasilatında 510 milyard kubmetri keçməyi planlaşdırır.





































