Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yakutiyada baş verən yanğınlar fonunda Rusiyadan taxta ixracı artıb

Baxış: 339
Rusiyadan taxta ixracı sürətlənməyə davam edir.
Sahibkartv.az Rusiya Federal Gömrük Xidmətinin statistikasına istinadən xəbər verir ki, iyul ayında taxta ixracının həcmi 29,3% artıb.
Ay ərzində emal edilməmiş 1,778 milyon ton ağac ixrac edilib. Dəyər baxımından ixrac 116.5 milyon dollara çatıb və 2020 -ci ilin iyul ayı gəlirlərini 19.1% üstələyib.
Mişarlanmış və ya doğranmış ağacın ixracı həcmi əksinə, 26.7% azalaraq 1.608 milyon tona düşüb. Bununla birlikdə, ağac qiymətlərinin kəskin artması fiziki ixracın azalmasını kompensasiya edib: gəlirlər iyul ayında hətta 10.8% artaraq 772 milyon dollara (+ 10.8%) təşkil edib.
2021-ci ilin 7 ayı ərzində Rusiyadan ağac və taxta ixracı 8,9 milyon tona çatıb ki, bu da keçən ilin səviyyəsindən 11,7% çoxdur. 
Ümumilikdə, ağac və taxta ixracatçılara 4,15 milyard dollar gəlir gətirib.
Bu il bütün rekordları qıran yay yanğının əvvəlində taxta ixracında kəskin bir artım qeyd alınmışdır. 
"GreenPeace Russia"nın məlumatına görə, payızın əvvəlinə qədər yanğının əhatə etdiyi ümumi sahə 17,5 milyon hektara çatıb və tarixində görünməmiş böyüklükdədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.