Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya, Azərbaycandan ixrac olunan nektarini geri qaytard

Baxış: 313

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Bölgələrarası İdarəsi tərəfindən Azərbaycandan gətirilən 18,7 ton nektarin partiyasına fitosanitar nəzarəti zamanı qonur monilioz çürük (Monilinia fructicola) aşkarlanıb.
"Rosselxoznadzor"un yaydığı məlumata görə, meyvələrdə monilioz çürüyünün olması Dağıstan şöbəsinin laboratoriya rəyi ilə təsdiqlənib.
Bununla bağlı Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq tədbirlər görülüb və mallar Azərbaycana geri qaytarılıb.
Xatırladaq ki, avqustun 30-da "Rosselxoznadzor" mütəxəssisləri tərəfindən İrandan gələn 19,5 ton nektarin partiyasına keçirilən baxış zamanı da qonur monilioz çürüyü aşkar edilmişdir. Dağıstanda sözügedən karantin obyekti ilk dəfə aşkar edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.