Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Peyvəndlərin ədalətsiz bölgüsü qlobal iqtisadiyyata trilyonlarla dollar ziyan vuracaq - HESABAT

Baxış: 309
5 milyard doza vaksin vurulub, amma....

Koronavirus infeksiyasına qarşı peyvəndləmənin gecikməsi nəticəsində dünya iqtisadiyyatı növbəti illərdə 2,3 trilyon dollar itirə bilər. 
Sahibkartv.az xəbər verir ki, bu barədə məşhur Economist jurnalının araşdırma bölümü - Economist Intelligence Unit-in (EIU) son hesabatında qeyd olunur.
EIU proqnozlaşdırır ki, 2022-ci ilin ortalarına qədər əhalisinin ən azı 60%-ni peyvənd etdirə bilməyən ölkələr növbəti 3 ildə 2,3 trilyon dollar itirəcəklər. Həmin məbləğin ən böyük hissəsi - 1,7 trilyon dolları Asiya ölkələrinin payına düşəcək. Bu isə regionun proqnozlaşdırılan ÜDM-nin 1,3%-i deməkdir. Afrika qitəsi isə ÜDM-in ən yüksək hissəsini - 3% itirəcək. 
Zənginlər qamarlayır, yoxsullar çarəsiz gözləyir...
Hazırda ən böyük problem dünya üzrə COVID-19 peyvəndlərinin qeyri-bərabər və ədalətsiz bölgüsüdür. İri dövlətlər istehsal olunan əksər peyvəndləri qabaqcadan alır və yaxud onların ölkədən çıxmasına imkan vermir. Qlobal problemlər barədə statistika təqdim edən “Our world in data” saytının məlumatına görə, avqustun 23-nə qədər dünya üzrə 5 milyard dozadan çox peyvənd vurulub. Lakin onların cəmi 15 milyonu aşağı gəlirli ölkələrin payına düşür.
ÜST bu sınaqdan çıxa bilmədi...
Görünən odur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı mübarizədə qlobal səyləri səfərbər edə bilmir. İnkişaf etməkdə olan ölkələrə peyvənd yardımı üzrə ÜST-ün təşəbbüsü ilə yaradılan mexanizm - COVAX bu il 2 milyard doza təmin etmk öhdəliyi götürüb. Lakin UNİCEF-in son rəqəmlərindən görünür ki, cəmi 10% - 219 milyon doza vaksin təchiz edə bilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.