Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yol tikintisi ilə bağlı yeni dövlət standartı təsdiqlənib

Baxış: 332

Ölkədə istehsal olunan tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsi və tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə AZS EN 13282-2:2021 “Hidravlik yol yapışdırıcıları. Hissə 2: Normal bərkiyən hidravlik yol yapışdırıcıları - Tərkibi, texniki şərtləri və uyğunluq meyarları” dövlət standartı qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yaydığı məlumata görə, dövlət standartı tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən təsdiq edilib.
Yeni standart avtomobil və dəmir yollarında, hava limanlarında və digər infrastruktur obyektlərində özüllər, əsaslar (bünövrələr), qoruyucu təbəqələr, normal şəraitdə bərkiyən hidravlik yol yapışdırıcılarına dair beynəlxalq tələbləri özündə əks etdirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.