Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın vaksinlərə neçə milyon dollar ödədiyi məlum oldu

Baxış: 353

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən 17 milyon 348 min ABŞ dolları (29 milyon 492 min manat) dəyərində 11,46 ton insanlar üçün müxtəlif növ vaksinlər idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 2 dəfə, dəyər ifadəsində isə 8,1 dəfə çoxdur.
Qeyd edək ki, dəyər ifadəsində vaksinlərin 81,2%-i (14 milyon 89 min dollarlıq (23 milyon 951 min manat), 1,25 ton) Çindən gətirilib. Həcm ifadəsində isə vaksinlərin çoxu (56,4%-i) Hindistandan gəlib. Hesabat dövründə sözügedən ölkə Azərbaycana 1 milyon 227 min dollar (2 milyon 86 min  manat) dəyərində 6,46 ton insan vaksinləri tədarük edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.