Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ölkədə benzin və dizel satışları artıb - FOTO

Baxış: 353
Azərbaycanda 2021-ci ilin yanvar-iyul ayları ərzində 2 417 000 000 manat dəyərində neft məhsulları istehsal olunub.
Sahibkartv.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.
Bu dövr ərzində ölkədə 690 100 ton avtomobil benzini, 1 458 700 ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 3,6 faiz azalıb, dizel yanacağının istehsalı isə 11,9 faiz artıb.
Eləcə də, neft məhsullarından sürtkü yağlarının istehsalı 88,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 55,4 faiz, neft koksunun istehsalı 21,1 faiz, neft bitumunun istehsalı 14,3 faiz, ağ neftin istehsalı 3,9 faiz artıb, yanacaq mazutunun istehsalı isə 39 faiz azalıb.
Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsində istehlakçılara 1 393 500 000 manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.