17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
14 mart 2020-ci il saat 00:00-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində bütün kinoteatrların fəaliyyəti dayandırıldı. Həmin tarixdən bu günə qədər bir neçə dəfə karantin qaydalarında yumşalmalara gedilsə də, heç bir qərarda kinoteatrların fəaliyyəti bərpa edilməsi əksini tapmadı.
Təbii ki, təkcə kinoteatrlar deyil, uzun müddət əyləncə mərkəzləri və idman zallarının da fəaliyyəti bərpa olunmadı. Həmçinin, ölkə ərazisində şənlik mərasimlərinin keçirilməsinə tətbiq edilən qadağa da pandemiya dövrünə qədəm qoyduğumuz müddətdən son bir neçə həftəyə qədər davam etdi. Nəhayət vaksinasiyanın tətbiqi ilə karantin qaydalarının yumşaldılması fonunda idman zallarının, əyləncə mərkəzlərinin və hətta bütün növ şənlik mərasimlərinin keçilməsinə icazə verildi. Təbii ki, pandemiyanın şərtləndirdiyi müvafiq qaydalar əsasında. Bəs, kinoteatrlar?
Uzun müddətdir ki, Amerika, Asiya və Avropanın bir çox ölkələrində kinotearların fəaliyyəti bərpa edilib. Hətta iki ilə yaxın müddətdə bir çox ölkələrdə kinoteatrlar fasilələrlə fəaliyyətini bərpa edib. Dünyanın bir çox dövlətlərində artıq çoxdandır ki, gözlədiyimiz rəngli kino festivalları, mükafatlandırma mərasimləri də yenidən kino gündəmimizi zəbt etməyə başlayıb. Kino-biznesin mərkəzi hesab edilən Amerikada da uzun müddət durğunluq dövrünü yaşayan kino sektoru və kino-çəkilişləri yenidən canlanıb. Ölkəmizdə isə kino çəkilişləri davam etdirilsə belə, insanların kinoya getmək üçün fiziki imkanları yoxdur.
Nəzərə almaq lazımdır ki, digər sahələrdə olduğu kimi kinoteatrların da qapalı olması onların maliyyə vəziyyətini çətinləşdirməklə yanaşı, növbəti dövrdəki fəaliyyətlərini də sual altında qoyur. Necə ki, son bir il ərzində dünyanın bir sıra məşhur kinoteatrlarının tamamilə qapadıldığını müşahidə etdik. Hazırda ölkəmizdə bu sektor çətin bir dövrünü yaşayır. Üstəlik mövcud fasilədən sonra digər dövlətlərdə olduğu kimi ölkəmizdə də insanların kinoteatra olan marağının da azalmasını müşahidə edə bilərik. Bu qaçılmazdır. Mövcud ənənənin uzun müddət səngiməsi, kinoteatrların yaşadığı maliyyə çətinliklərini də nəzərə alsaq, son 10 ildə kino sektorunda əldə edilən nailiyyətlərin də öz effektivliyini itirdiyi, gələcəkdə isə bunun bilet qiymətlərinə təsiri olacağı gözləniləndir.
Qonşu ölkələrdə - Türkiyə və Rusiyada hazırda kinoteatrlar tam şəkildə fəaliyyət göstərir və bir çox ölkələrdə digər qapalı məkanlarda olduğu kimi kinoteatr daxilində də müvafiq qaydalar tətbiq olunur. Qaydalar isə çox sadədir. Belə ki, maska məcburiyyəti qalmaqla kinosevərlərin kinoteatrlara girişi təmin olunur, təbii ki, pandemiyadan dolayı digər normativ karantin qaydalarına da riayət edilir. Məsafə və sıxlıq normaları burada da gözlənilir. Müvafiq qaydalara riayət etməklə sağ və sol, qabaq və arxa oturacaqlar boş saxlanılır. Bir çox ölkələrdə biletlərin təmassız yoxlanışı həyata keçirilir. Seanslar arasındakı vaxtın çox olması kütləvi toplaşma riskini də aşağı salır. Bir çox ölkələrdə seanslar arasında 30 dəqiqə civarında interval saxlanılır. Zallarda təmizlik və gigiyena işlərinə də nəzarət olunur. Hətta havalandırma sistemi belə pandemiya dövrünün şərtlərinə uyğun tənzimlənir.
Ölkəmizdə də bu sadə qaydalar tətbiq olunmaqla kinoteatrların fəaliyyətinə icazə verilə bilər. Bütün bunlar bir o qədər də çətin və qeyri-real deyil. Üstəlik nəzarət edilməsi çox çətin görünən şənlik mərasimlərinə icazə verildikdən sonra kinoteatrların fəaliyyətinin tənzimlənməsi qəliz məsələ olmamalıdır.
Bölməyə aid digər xəbərlər