Day, Month 00, Year
00: 00: 00 AM
“Kəlbəcər və Laçına xarici investisiyaları cəlb edəcək layihələr tam gücü ilə işləyir” - ŞƏRH

Kəlbəcər və Laçın rayonları Şərqi Zəngəzur iqtisadi rayonunun xüsusilə faydalı ehtiyatları, turizm imkanları və kənd təsərrüfatının inkişafı baxımından növbəti mərhələdə regionun əsas investisiya mərkəzlərini təşkil edəcək. Bu rayonlarda aparılan infrastruktur layihələri ərazinin Azərbaycan iqtisadiyyatına inteqrasiyasını qısa zamanda təmin edəcək.
Hər iki rayonun xüsusilə xarici investorları cəlb edəcək imkanları mövcuddur. Kəlbəcərin təbii resursları və turizm potensialı xüsusilə seçilir. Qızıl, xrom yataqları, sənaye əhəmiyyəti civə ehtiyatları ilə zəngin olması Kəlbəcəri xarici investorlar üçün cəlbedici edir. Nəzərə alsaq ki, qeyri-neft sektoru üzrə hazırda qızıl ölkəyə xarici valyuta gətirən əsas üç məhsuldan birini təşkil edir. Üstəlik pandemiya qızılın ən etibarlı aktivlərdən biri olduğunu və növbəti dövrdə də qızılın qiymətinin beynəlxalq birjalarda artmağa davam edəcəyini sübut etdi. Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə Azərbaycanın növbəti dövrdə qızıl ixracını daha da artıracaq. 
Həmçinin, Laçında aqrar, sənaye və turizm sahələrini inkişaf etdirmək mümkün olacaq. Rayon xüsusilə civə yataqları ilə zəngindir və bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə burada mərmər, əhəng sexləri, iki ədəd daş karxanası fəaliyyət göstərib. Bu xüsusiyyətlərinə görə Laçın davam edən layihələrin həyata keçirilməsi yaxın zamanda yerli və xarici biznes dairələrinin əsas hədəfini təşkil edə bilər.  
Həm Kəlbəcər, həm də Laçının tarixi abidələrlə zəngin olması bölgəni bir çox turist üçün maraqlı edəcək. Üstəlik bölgə kənd təsərrüfatı, o cümlədən də heyvandarlıq və əkinçilik üçün də geniş imkanları özündə cəmləşdirir.
Bütün bu sahələrə investisiyaların cəlbinə imkan yaradacaq infrastruktur layihələrinin böyük qisminə artıq start verilib. 16 avqust tarixində Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Rayonlar arasında ikinci bağlantını təşkil edəcək İstisu-Minkənd yolunun çəkilməsi də yol infrastrukturunun şaxələndirilməsini dəstəkləyir. Prezident İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi, Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərini şərh edərkən bildirib ki, Kəlbəcər və Laçında həyata keçirilən işlər bərpa və yenidənqurma prosesinin qısa zamanda həyata keçirilməsi və daha intensiv şəkildə infrastrukturun formalaşdırılmasına imkan verəcək.
Onun sözlərinə görə, bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün həm nəqliyyat, həm də logistika xidmətlərinin formalaşdırılmasına ehtiyac var idi ki, növbəti mərhələdə daha qısa zamanda məskunlaşma prosesinə başlaya bilək:
“Kəlbəcər və Laçının iqtisadi potensialı kifayət qədər böyükdür. İntensiv infrastrukturun formalaşdırılması həmin bölgələrimizin Azərbaycan iqtisadiyyatında payının artmasına imkan verəcək. Keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonu, hazırkı Şərqi Zəngəzur iqtisadi rayonunun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatındakı payı 27 il ərzində cüzi olub. Azərbaycan iqtisadiyyatının cəmi 0,6 faizini formalaşdırıb. Bu isə əsasən həmin rayonların digər bölgələrimizdə fəaliyyət göstərən müəssisələri hesabına baş verib. Lakin işğaldan əvvəlki dövrün Kəlbəcər və Laçın iqtisadiyyatı göstərir ki, bərpa və yenidənqurma mərhələsindən sonra bu rayonlarımızın Azərbaycan iqtisadiyyatının 4 faizini formalaşdırmaq imkanı var”.
Millət vəkili qeyd edib ki, Kəlbəcər Cənubi Qafqazda azsaylı bölgələrdəndir ki, fasiləsiz turizm xidməti təklif etmək imkanı var. Bura yay-qış, tarixi, dini, sağlamlıq turizm imkanları daxildir. Bu isə turistlərin cəlb edilməsi, fasiləsiz turizm xidmətinin təklif edilməsi baxımından vacibdir:
“Hazırda bu ərazilərin investisiya imkanları genişlənib. Bu, yerli və xarici investorlar üçün maraqlı olacaq. Xarici investorlar üçün bərpa-yenidənqurma mərhələsindən sonra Kəlbəcərdə sərmayə qoyuluşunun həyata keçirilməsi cəlbedici olacaq. Bu ərazinin zəngin və faydalı ehtiyatlarının işlənməsinə xarici investorların cəlb edilməsi həyata keçiriləcək. Artıq Türkiyə şirkəti ilə bu istiqamətdə anlaşmalar var. Gözlənilir ki, növbəti mərhələdə daha çox xarici investisiyanın sənaye məhsullarının istehsalına cəlb edilməsi mümkün olacaq”.
Vüqar Bayramovun sözlərinə görə, Laçın aqrar və turizm, eləcə də təbii ehtiyatlar baxımından seçilən bölgələrimizdəndir. Burada beynəlxalq aeroportun inşası və istifadəyə verilməsi daha çox turistin bölgəyə səfər etməsi, həmin ərazilərimiz vasitəsilə daha çox yükdaşımaların həyata keçirilməsinə imkan verəcək:
“Hər iki rayonun Azərbaycanın qeyri-neft istehsalına da xüsusi töhfə verməsi gözlənilir. Bütövlükdə Kəlbəcər və Laçın növbəti dövrlərdə işğaldan azad olunmuş ərazilərimiz baxımından iqtisadi inkişafın drayverlərindən birinə çevriləcək. Bərpa və yenidənqurma prosesindən sonra qısa zamanda hər iki rayon Azərbaycan iqtisadiyyatının böyüməsinə, xüsusilə də qeyri-neft sektorunda drayverlərdən biri kimi çıxış edəcək”.

Tarix: 17-08-2021, 22:22 Oxunub: 560

Bölməyə aid digər xəbərlər